ArxivXəbər lentiXəbərlər

ABŞ-da azərbaycanlı güllələnərək öldürülüb

ABŞ-ın Şimali Karolina ştatının Şarlott şəhərində 29 yaşlı azərbaycanlı gənc güllələnib.

Polisin ehtimalına görə, Elçin Xəlilov adında azərbaycanlı ona məxsus mobil telefon mağazasını qarət etmək istəyən silahlı cinayətkar tərəfindən qətlə yetirilib.

Yerli polis şöbəsindən bildiriblər ki, cinayətlə bağlı səhər saatlarında 911 xidmətinə zəng daxil olub. Boyun nahiyəsində güllə yarası ilə xəstəxanaya çatdırılan azərbaycanlının həyatını xilas etmək mümkün olmayıb.

Cinayət faktı ilə əlaqədar istintaq aparılır./Azərtac

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button