ArxivXəbər lentiXəbərlər

Suriyada daha bir azərbaycanlı terrorçu öldürülüb

Suriyada daha bir azərbaycanlı terrorçu öldürülüb. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə “Timeturk” saytının əməkdaşı Furkan Azəri öz facebook səhifəsində yazıb.

Həmin məlumatda deyilir ki, ötən həftələrdə reportaj hazırladıqları Mahmud Azərinin qrupunda olan Zübeyir Azər, Bəşşar Əsəd hökumətinə qarşı döyüşlərin davam etdiyi Cisrə-Şuğur, Gab Ovalıı Ribat bölgəsində hava hücumları nəticəsində ölüb.

Furkan Azəri öldürülən azərbaycanlının meyitinin və basdırıldığı yerin fotolarını da paylaşıb,

Belə bir halda, dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən 3 şəxs 12 ildən 14 ilə qədər həbsə məhkum olunub.

İttihama görə, onlar Suriyada Azərbaycan Respublikasının qanunvericilikləri ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahdan istifadə qaydalarını öyrənib və döyüşlərdə iştirak ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button