ArxivIslamNardaranSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Abbas Hüseyn MBH-nin məramını bəyan etdi

Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseyn həbsxanadan növbəti dəfə məktub ünvanlayıb.

Qafqaz.ir  məktubu olduğu kimi təqdim edir:

“Hər bir insanı həyatda ləyaqətli edib ucaldan amil başqalarına xidmət etməkdir. Xalqın dini və milli dəyərlərini qorumaqdır. MBH-nin və hər bir üzvünün istəyi ölkəmizdə, yaşadığımız cəmiyyətdə mənəviyyat dolu xoşbəxt gələcəyin formalaşması, haqq-ədalətin bərqərar olunması, yaşadığımız mühitə insanlığın qayıtması, mərhəmətin və barışın qurulmasıdır. Bu məqsədlə hər bir hərəkatçı çalışır, özlərini başqalarının uğrunda fəda edirlər. Çünki xalqa və insanlığa xidmət ilk öncə özümüzdən keçməklə başlayır.

MBH yarandığı gündən hər zaman dünyada və xüsusən də, ölkəmizdə baş verən bütün hadisələrə biganə qalmayaraq, öz mövqeyini bildirib. Ölkəmizdə insanlar arasında sosial münasibətlərin tənzimlənməsi, ailə dəyərlərini qorumaq və digər mövzularda silsiləvi seminarlar, kurslar keçirib, insanların sağlam ruha və bədənə sahib olmaqları üçün tədbirlər təşkil edib. İmam Zamanla (ə.f) bağlı möhtəşəm Nur əsri adlı konfrans təşkil olunub. Dəyərləri və milli məfkurəni qorumaq MBH-nin hər zaman birinci prioteti olub.

Təəssüf ki, bu cür gözəl işləri gözü götürməyən xainlər tərəfindən ən ağır ittihamlarla şərlənsələr də, tutduqları doğru yoldan, insanlara xidmət etməkdən, xeyir işlər görməkdən çətin və məhdud şəraitdə də vazkeçmədilər. Aydındır ki, doğru yoldan hər bir haqq tərəfdarının ya qolu qandallı olar, ya da ki ən sadə imkanları belə məhdudlaşdırılar. Bu bizim zamanəmizin keçmişdən bəri dəyişdirə bilməyəcəyimiz acı reallıqdır. Hər nə olursa olsun, ölkəmizdə və yasadığımız dünyada haqdan, ədalətdən və mərhəmətdən doğan mədəniyyat hakim olana qədər çalışacağıq. Bütün addımları bu inamla atdıq və hər kəs də MBH-ni bu ali məqsədiylə qəbul edir, fikir birliyi yaradır.

MBH Tovuz hadisələrində də, torpaqlarımızin azadlığı üçün başlanan vətən müharibəsində də yaxından iştirak etdi. MBH-nin məhbus sədri Tale Bağırzadə başda olmaqla, bütün hərəkatçılar hərəsi bir işi öhdəsinə götürməklə səngərdə dayandılar, haqq savaşda xidmət etdilər. 44 günlük vətən müharibəsində şansları gətirənlər səfərbərliklə ön cəbhəyə yollandılar, gedə bilməyənlər də qocası, cavanı, hər kəs cəhbəyə, əsgərlərə ərzaq, isti geyimlər göndərməklə xidmət etdilər, əsgər ailələrini ziyarət edib mənəvi dəstəklərini göstərdilər. Bu haqq savaşda əzizlərimizin ayrılığına üzülsək də, yüksək məqamına görə sevindiyimiz neçə-neçə qardaşımız şəhidlərlə bərabər şəhadət məqamına ucaldılar. Digər qardaşlarımız da qazi olub qələbələriylə bizləri sevindirdilər.

Həbsdə olsam da, 44 günlük mübarizəmizdə iki dəfə BMT-nin bas ofisinə, ATƏT-in üzv dövlətlərinin səfirlərinə, ayrıca 2 dəfə Fransa səfirliyinə tutduqları ədalətsiz mövqelərinə görə və sivil insanlara qarşı törədilən cinayətlərə biganə qaldıqları üçün etiraz məktubları ünvanlamışam. Bununla yanaşı, müsəlman dövlətlərə də müraciət olundu ki, Ermənistan tərəfindən bütün müsəlmanların inancına, məscidlərinə qarşı etdiyi əxlaqsızlıqları, orada donuz saxlamağını, azərbaycanlıların evlərinin dağıtmağını, dinimizə qarşı etdikləri təhqirləri və hörmətsizlikləri diqqətdə saxlasınlar. Ermənistana qarşı etirazlar başladıb cəzalandırma mexanizmlərini işə salsınlar.

MBH hər zaman doğru yolda möhkəm olduğu kimi, bundan sonra da Yaradanın izni ilə hamılıqla haqq yolunda irəliyə addımlar atacağıq. Hərəkat ən çətin vəziyyətdə, təklənəndə belə doğru yolda mübarizə aparmağı bacarır. Həmin bu dəyanətli duruşu, ilahi qüvvədən, dəyərlərə və milli məfkurəyə, dini əqidəmizə bağlılıqdan alır.

Əziz hərəkatçılar! Doğru yolda haqq-ədalət yaratmaq və qaranlığa işıq saçmaq üçün, cəmiyyətdə mərhəmət və barışı bərqərar etməyə görə çıxdığınız bu yolda vəhdətiniz mübarək olsun! Uğurlarımız bol, qələbəmiz daimi olsun!

Abbas Hüseyn
8 saylı CÇM
12.01.2021″

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button