ArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

Abbas Hüseyn həbsxanadan məktub ünvanladı

“MBH”ın həbsdə olan üzvü Abbas Hüseyn son günlər baş verən hadisələrə münasibət bildirib.
Son zamanlar dünyanın gündəmini zəbt edən koronavirus pandemiyası Azərbaycan da yan keçməyib. Virus səbəbindən artıq ölkədə insan tələfatı qeydə alınıb. Mövcud vəziyyət həbsdə olan inanclı insanların narahatlığına səbəb olub. Belə ki, “Müsəlman Birliyi Hərəkatı”nın həbsdə olan fəal üzvü Abbas Hüseyn zindandan məktub yazaraq baş verən hadisələrə münasibət bildirib.
Rakurs.tv Abbas Hüseynin məktubunu olduğu kimi təqdim edir:

Əziz Azərbaycan xalqı və dəyərli bacı-qardaşlarım!

Son bir neçə aydır ki, dünya gündəmini koronavirus xəbərləri zəbt edib. Təəssüflər olsun ki, bu bəla bizim doğma vətənimizdən də yan keçməyib. Lakin ölkəmizin pandemiyaya qarşı müqavimət tədbirinin nə dərəcədə olduğu qaranlıq sual altındadır. Zülm illərdir ki, bir virus kimi Azərbaycan xalqına bulaşıb və millət bu virusdan sağala bilmir. Bütün dünya virusla mücadilə etmək üçün səfərbər olduğu halda bizim xalqımızın sağlamlığını düşünmək əvəzinə, yaranmış vəziyyətdən yararlanaraq insanların səsini daha da boğmağa çalışır,müxalifət nümayəndələrini sıxışdırır və həbsə atırlar. Belə bir zamanda qeybə çəkilən səhiyyə naziri insanlara pulsuz maska, spirt paylanmasını təşkil etməlidir. Bu cür səhiyyə naziri nəinki vəzifədən uzaqlaşdırılmır, əksinə onun görməli olduğu işləri həyata keçirən sadə camaatı da şərləyib həbs edirlər. MBH üzvü Samir Babayevi maska paylamağa görə həbs edənlərin korona virusla mübarizəsi nə dərəcədə inandırıcı gələ bilər? Və yaxud digər MBH üzvü Elvin Muradovu şərləyib, bu cür təhlükəli zamanda virus mənbəyi olan həbsxanaları günahsız insanlarla doldurmaqla dünya üzrə siyasi məhbus siyahısında birinciliyi hələ də əldə saxlayırlar. Məlumdur ki, pandemiya zamanında həbsxanalar çox təhlükəlidir. Çünki oradakı şərait nəinki pandemiya zamanı, hətta adi vaxtda belə məhbusların həyatı üçün əsl təhlükə saçır. Məsələn Qobustan qapalı həbsxanasında su fasilə ilə verilir. Bu da məhbusların gigiyena qaydalarına əməl etməsinə əngəl törədir.
Əziz xalqım! Bizim yoluxduğumuz ən ağır virus və xəstəlik zülm və zülm əhlidir. Bundan sağala bilsək, nəinki koronavirus, heç digər viruslar da xalqımızın sağlamlığına və ruhuna zərər verə bilməz!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button