ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan R-nın liman əlaqələri genişlənir

İranın Mazandaran vilayətinin Bəndər-Əmirabad şəhərinin xüsusi iqtisadi məntəqəsinin direktoru və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru ikitərəfli liman əlaqələrinin genişləndirilməsini vurğulayıblar.

Qafqaz.ir-İranın Mazandaran vilayətinin Bəndər-Əmirabad şəhərinin xüsusi iqtisadi məntəqəsinin direktoru Siyavəş Rezvani bu gün İranın bu şimal limanına səfər etmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov ilə görüşdə deyib ki, ölkə arasında dəniz və liman mübadilələri daha da genişlənməlidir.

Rezvani əlavə edib: Əmirabad limanında yükləmə və boşaltma həcmi on beş fəal estakada, təqribən yeddi milyon 500 min tondur ki, bu imkandan ticarət mübadilələrinin artırılması üçün istifadə etmək olar.

Taleh Ziyadov da bu görüşdə Azərbaycan Respublikasının xüsusən Əmirabad limanı vasitəsilə İranla ticarət əlaqələrini genişləndirilməyə hazır olduğunu bildirərək, deyib ki, iki ölkə mübadilələri genişləndirmək üçün liman məsələlərində bir çox imkanlara malikdir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov dünən Mazandarana səfər edərək, Nouşəhr və Əmirabad limanları və dənizçilik idarəsindən baxış keçirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button