ArxivFatimi yaşayişIslammədəniyyatNardaranQarabağSosialXəbər lentiXəbərlər

Abbas Hüseyn də ordumuza dəstək oldu

Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseyn son döyüşlərlə bağlı həbsxanadan məktub ünvanlayıb.

“Bizim ordumuzun yolu zəfərə doğrudur. Azad edilmiş 8 kənd illərdir ki, yaralı olan qəlbimizin acısına məlhəm olub onu dindirdi. Eyni zamanda özüylə bərabər böyük ümidlər gətirdi. Harada olmağımızdan asılı olmayaraq, ordumuza uğurlar, xalqımıza isə növbəti qələbə sevincini arzulayıram. Allahdan şəhidlərə rəhmət və cənnətin yüksək məqamını, yaralılara isə şəfa diləyirəm.

Azərbaycan xalqı dünyada tarix boyu mübariz xalq kimi tanınıb. Torpaqlarımız illərdir, işğalda qalsa da, xalqımızın hər bir nümayəndəsi torpaqları öz gücüylə azad edəcəyinə inanıb. Xalqımız həmişə bu məqsəd və hədəf ətrafında həmrəydir. Torpaqlarımız tam azad edilənə qədər ordumuzun “vətəni azadetmə” əməliyyatları dayanmamalıdır. Bu səbəblə ölkə rəhbərliyinin öz iradəsini göstərib xalqımızın istək və tələblərini anlayışla qəbul edəcəyinə ümid edirik. Ordumuza, dövlətimizə, xalqımıza dəstək olan ölkələrin daxilində və xaricində dəstək bəyanatları ordumuzla daha da qürur duymağımıza kifayət edir. Lakin təəssüf edirəm ki, İslam Əməkdaşlıq Təşkilatına daxil olan bəzi müsəlman dövlətləri Türkiyə və Pakistan kimi bu gün açıq şəkildə mövqelərini ortaya qoymaqda tərəddüd edirlər. Hətta Ukrayna dövləti rəsmiləri bizim haqqımızı müdafiə etdiyi halda bəziləri bunu etmirlər. Həm də həmin dövlət rəhbərləri ki, müsəlman torpaqlarının işğalda olduğunu, həmin torpaqlardakı məscidlərdə mənfur ermənilər tərəfindən donuz saxlanıldığı kadrları görüblər. Fikirlərini dəyişib açıq mövqe qoymayana qədər təəssüflə bildirirəm ki, mən onların müsəlmanlığına şübhə edirəm. Bizim ordumuzun mübariz əsgərləri haqqı müdafiə edirlər. İnşaallah ki, Allah da yardım edəcəkdir. O gün olsun ki,təkcə kəndlərimizin deyil, rayonlarımızın azad edilmə xəbərlərini eşidək. Yeni sabahlarda yeni qələbə xəbərlərini eşitmək ümidi ilə.

Abbas Hüseyn
8 saylı cəzaçəkmə müəssisəsi”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button