ArxivXəbər lentiXəbərlər

Baş direktor: “İran Milli Bankının Bakı filialının potensialından istifadə olunmalıdır” Böyüt

Azərbaycan və İran bankları arasında əlaqələr tamamilə qurulub. Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın İnkişaf İxracat Bankının baş direktoru Əli Salehabadi deyib.

Onun sözlərinə görə, bu, Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) icrasından sonra mümkün olub: “Planın icrasından sonra iki ölkənin bank əlaqələri yaxşı səviyyədədir. Hər iki ölkənin bank sistemi arasında əməkdaşlıq səviyyəsi artmaqdadır”.
Advertising 15

Azərbaycan-İran müştərək bankının yaradılması məsələsinə toxunan baş direktor qeyd edib ki, bu ideyanın reallaşdırılması qarşılıqlı ticarətə müsbət təsir edəcək.

Ə. Salehabadi həmçinin İran Milli Bankının Bakı filialının potensialından yararlanmağa çağırıb: “Əgər filialın potensialından yaxşı istifadə olunarsa, hər iki ölkə müvafiq məqsədlərinə çata bilər”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button