Tarix

İranın Ümumdünya Mədəni İrs Siyahısında qeydə alınmış irsləri

“Nəqşicahan”

“Nəqşicahan” meydanı İsfahanda yerləşir. Düzbucaqlı şəklində olan bu meydan Səfəvilər dövrünə aid binalar ilə əhatəyə alınıb. Bu meydanın uzunluğu 507 metr, eni isə 158 metrdir. “Nəqşicahan” meydanı daha kiçik ölçüdə Teymurilər dövründə inşa edilir. Birinci Şah Abbasın dövründə bu meydan bir qədər genişləndirilir və bugünkü formaya salınır. Keçmişdə bu meydan müxtəlif ayinlərin keçirildiyi və Çövkən oyununun oynandığı bir məkan olub. Bu gün isə ictimaiyyətə açıq bir istirahət və turizm mərkəzi kimi fəaliyyət göstərməkdədir. Buradan dini və milli ayinlərin keçirilməsi və namaz mərasimlərinin təşkil edilməsi üçün də istifadə edilir.

“Nəqşicahan” meydanında mövcud olan binalar bunlardan ibarətdir: Alaqapı, Abbasi Məscidi, Şeyx Lütfullah Məscidi və Qeysəriyyə Qapısı. Bundan başqa meydanın iki tərəfində iki yüz hücrəyə malik olan ikimərtəbəli binalar yerləşib ki, hazırda onlardan əl işləri sənayesi məhsullarının satış mərkəzi kimi istifadə edilir.
“Nəqşicahan” meydanı 1979-cu ildə YUNESKO tərəfindən Ümumdünya Mədəni İrs Siyahısına daxil edilibdir.

 

“Təxte Süleyman”

15204178

“Təxte Süleyman” Qərbi Azərbaycan vilayətində Təxte Süleyman kəndi və Təkab yaxınlığında yerləşən tarixi bir ərazinin adıdır.
Sasanilər dövründə 3 iri atəşgah var idi. Bu atəşgahlarda 3 adda atəş saxlanılırdı. Onların ən irisi Borzin Mehr( Böyük Eşqin Odu) idi ki, Xorasanda, Nişabura yaxın bir məntəqədə yerləşirdi. İkincisi Fərbəğ(Od ilahəsi Fərr) idi ki, Fars vilayətində, Karyan məntəqəsində yerləşirdi və əsasən kahinlər və vəzifəli şəxslər üçün idi. Üçüncüsü Azərgəşsp idi ki, ordu mənsublarına aid idi. Bu atəşgah Qərbi Azərbaycan vilayətində, Təkab məntəqəsində yerləşirdi. Azərgəşsp Atəşgahı ordu mənsublarına aid idi və Şiz və ya Gəncək adlı şəhərdə, Əsnəvənd adlı təpənin üzərində yerləşirdi. Azərgəşsp “Ayğır Odu” mənasını verir. Bu atəşgahın belə adlandırılmasının səbəbi haqda isə belə bir əfsanə var ki, Keyxosrov Bəhmən qalasını fəth edərkən, divlərin cadu ilə gündüzü qaranlığa çevirmələri ilə üzləşir. O zaman göydən onun atının yalı üzərinə alov enir və dünya yenidən işıqlanır. Beləliklə Keyxosrov Bəhmən qalasını fəth etdikdən sonra İlahinin bu yardımına şükranlıq məqsədi ilə orada bir atəşgah tikdirir. Beləliklə bu atəşgah Azərgəşsp(Ayğır Odu) adlandırılır. Bu məkan hazırda Təxte Süleyman adlandırılır.
Əşkanilər, Sasanilər və Elxanilər dövrünə aid binalara rast gəlmək mümkündür bu məkanda. Orada mövcud olan ən mühüm tarixi bina Atəşgah binası və Sasanilər dövrünə aid saraylardır. Təxte Süleymanın yaxınlığında Bilqeys dağında da Sasanilər dövründən qalma bəzi binalara rast gəlmək mümkündür. Həmçinin, Təxte Süleymanın yaxınlığında Süleyman Zindanı da mövcuddur. Tarixi “Şiz” şəhərinin qalıqları YUNESKO tərəfindən Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib və orada bərpa işlərinin aparılması üçün iri layihələr nəzərdə tutulub.

“Təxte Cəmşid”

persepolis-iran-ruins-621319-sw1

“Təxte Cəmşid” Fars vilayətinin şimalında, Mərvdəşt məntəqəsində yerləşir. “Təxte Cəmşid” İranın qədim şəhərlərindən biridir ki, Əhəmənilər dövründə paytaxt kimi istifadə olunurmuş. Bu qədim şəhərdə “Təxte Cəmşid” adı ilə məşhurlaşmış saray binaları mövcuddur ki, 1-ci Dara(Böyük Dara), Xəşayarşah və 1-ci Ərdəşirin dövründə inşa ediliblər. Deyilənlərə görə 50 il müddətinə “Novruz” ayinləri və bayram mərasimlərinin keçirilməsi üçün istifadə olunub.
“Təxte Cəmşid” saray kompleksi Parse, Hezarsütun, Çehel Minar və Perspolis adları ilə də tanınır.
Yeni ilin ilk günündə müxtəlif millətlərdən olan bir çox dəstə “Satraplar”(vilayət başçıları) tərəfindən müxtəlif hədiyyələr ilə “Təxte Cəmşid”də bir araya gələr və öz hədiyyələrini şaha təqdim edərdilər.
“Təxte Cəmşid” ilk olaraq 1-ci Daranın göstərişi ilə tikilməyə başlayır. Ondan sonra oğlu Xəşayarşah və nəvəsi 1-ci Ərdəşir bu saray kompleksini daha da genişləndirirlər. Əhəmənilər barəsində günümüzə gəlib çatan bir çox məlumatlar bu saray kompleksində mövcud olan daş kitabələrə görədir. Tarixçilərin inamına görə, Makedoniyalı İsgəndər e.ə 330-cu ildə İrana hücum edir. Bu hücum zamanı “Təxte Cəmşid” saray kompleksinin yandırıldığı deyilir. Bu yanğın nəticəsində sarayda olan bir çox incəsənət nümunələri və kitabların məhv olduğu təsəvvür edilir. Buna baxmayaraq, “Təxte Cəmşid” saray kompleksinin xarabalıqları günümüzə qədər gəlib çatıb və arxeoloqlar orada baş verən yanğının izlərinə rast gəldiklərini deyirlər. Bu məkan 1979-cu ildə YUNESKO tərəfindən Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button