ArxivXəbər lentiXəbərlər

ABŞ səfiri Azərbaycanda islahatlar və söz azadlığı haqqında

ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün ABŞ-da keçirilməsi barədə təklifin təfsilatından xəbərsizdir. Bu barədə səfir şənbə günü Bakıda jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Eyni zamanda, o, əlavə edib: “Amma hər iki dövlətin xarici işlər nazirlərinin Moskva görüşündən xəbərim var və bu görüşdən sonra verilmiş bəyanatlardan çox məmnunam. Danışıqların davam edəcəyinə və münaqişənin sülh yolu ilə həll ediləcəyinə inanıram”.
Turan agentliyinin Azərbaycan hakimiyyətinin geniş islahatlar aparılması barədə bəyanatlarını şərh etmək xahişinə cavabda səfir qeyd edib ki, islahatların aparılması səylərindən məmnundur: “Azərbaycan bu sahədə böyük nailiyyət əldə edib, amma Azərbaycan gənc dövlətdir və bu istiqamətdə hələ böyük işlər görülməlidir. Biz ölkədə islahatlar aparılmasını dəstəkləyirik”.
Azərbaycanda söz azadlığı və insan hüquqları sahəsində vəziyyət haqqında suala cavabda səfir qeyd edib ki, bu dəyərlər ABŞ-ın siyasətində çox əhəmiyyətlidir və o, Amerikanın səfiri olaraq Azərbaycanda bu məqsədlərin dəstəklənməsi üçün əlindən gələni edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button