ArxivIslamXəbər lentiXəbərlər

Bizimlə, bizdən gizlin; Tbilisi Əhlibeyt məscidində beynəlxalq tədbir keçirilib – FOTO

bu gün Tbilisinin Poniçala məntəqəsində yerləşən “Əhlibeyt” məscidində zamananın imamı Həzrət Mehdinin (ə.c) təvəllüdünə həsr olunmuş “Bizimlə, bizdən gizlin” başlıqda tədbir keçirilib.
Tədbirdə Gürcüstan ruhaniləri ilə birgə Türkiyə və İran İslam Respublikasından dəyərli din alimləri, ətraf rayon və kəndlərdən dəvət olunan inanclı müsəlmanlar iştirak edib.
Qurani-Kərimin tilavətindən sonra tədbirin aparıcısı Vidadi Qurabanov ilk öncə sözü Məscidin axundu Hacı Rahid Kərimova verdi. O qonaqları salamlayıb, iştirakçları təbrik etdikdən sonra proqramın formatını açıqlayıb.
Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov tədbir iştiraçılarını və dünya müsəlmanlarını zamananın imamı, Allahın son höccəti Hz. Mehdinin (ə) təvəllüdü münasibəti ilə təbrik edib, qonaqları və tədbir iştirakçılarını salamlayıb.
 Tədbirin əsas təşkilatçısı olan Əhlibeyt məscidinin icmasına və zəhməti keçən hər kəsə təşəkkür edib, intizarında olduğumuz Allahın son höccəti və dünyanın xilaskarı mövzusunda belə tədbirlərin keçirilməsinin önəm və faydalarından danışıb.
Daha sonra tədbir sual-cavab paneli şəkilində davam edib.
Tədbirin qonaqları ölkəmizdə səfərdə olan İİR-nın Ali Dini Rəhbərinin nümayəndəsi Ayətullah Əli Rza Təqəvi, Türkiyə Cəfəri Alimlər Birliyinin sədri (CABİR) Hasan Karabulut, Beynəlxalq Almustafa Universutetinin nümayəndəsi Davud Zare və digər qonaqlar sualları cavablandırdılar.
İmam Mehdinin (ə.c) qeybdə olmasının, bu günə qədər zühur etməməsinin səbəbləri, intizarın mahiyyət və fəzilətləri və eyni zamanda İmamın həqiqi yolunu gözləyənlərin üzrərinə düşən vəzifələri haqqında bir çox suallara aydınlıq gətirdilər.
Bizimlə, bizdən gizlin; Tbilisi Əhlibeyt məscidində beynəlxalq tədbir keçirilib – FOTO

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button