ArxivXəbər lentiXəbərlər

İran: Bir ildə yüzlərlə təkfirçi və münafiqi məhv etdik!

“ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İranın Dövlət Təhlükəsizlik Naziri Seyid Mahmud Ələvi bəyan edib ki, ölkənin xüsusi xidmət orqanları ötən il ərzində 114 təkfirçi və 116 “münafiqi” məhv edib.
O cümlədən də İslam İnqilabı əleyhinə fəaliyyət göstərən 4 dəstə, narkotik qaçaqmalçılığı ilə məşğul olan 380 dəstə məhv edilib, 188 xüsusi əməliyyat keçirilib.
“(İranın cənub-qərbində yerləşən) Əhvaz şəhərində terror aktı törətmiş 4 terrorçu çox sayda silah-sursatla ələ keçirilib, xarici xüsusi xidmət orqanlarının agentlərindən ibarət komandalar da ifşa edilərək darmadağın edilib”, – deyə o qeyd edib.
O əlavə edib ki, “dost ölkələrin dəstəyi ilə” onlarla “ABŞ casusu da ifşa edilərək saxlanılıb”.
Qeyd edək ki, İran hökuməti “Xalq Mücahidləri Təşkilatı” terror təşkilatını “Xalq Münafiqləri Təşkilatı” adlandırır, bu qruplaşmanın üzvlərini isə “münafiq” adlandırır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button