AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Qarabağ, İslami Dinlər Universitetində keçirilən konfransın əsas mövzusu olmuşdur-Foto

İslam Dünyası Cəmiyyətinin təşəbbüsü ilə “İslam torpaqlarının işğalının davamında millətçi amillərin araşdırılması” adlı konfrans keçirilib. Konfransda Livan, Fələstin, Suriya, Yəmən, Nigeriya, İraq, Pakistan, Əfqanıstan, Bəhreyin, Türkiyə və Azərbaycan ölkələrindən qonaqlar iştirak ediblər.
Qafqaz Mədəniyyət Mərkəzinin İslami Dinlər Universitetinin ictimai əlaqələr bölməsinə istinadla verdiyi xəbərə görə, konfransın əsas natiqi ustad Əliəkbər Raifupur Qarabağla bağlı tələbələrlə söhbət edib və fikir mübadiləsi aparıb.
Toplantının əvvəlində Sərbəst Tələbələr İslami Təşkilatlar Birliyinin Mərkəzi Şurasının üzvü və İslami Vəhdət Konfransı Tələbə Komitəsinin rəhbəri Əlirza Firuzi konfransın mövzusu ilə bağlı açıqlama verərək deyib: “Konfransın əsas mövzusu Qarabağdır. Qarabağ milliyyətçilik amilindən ən çox zərər görən bir məntəqədir. Millətçilik bu məsələdə Azərbaycan Respublikası üçün böyük bir problemə çevrilib. Dünya imperializmi, xüsusilə də Amerika və sionist rejim bu zəif nöqtədən (milliyyətçilik amilindən) İslam dünyası əleyhinə istifadə etmişdir. Bununla da Azərbaycan Respublikasını elə bir vəziyyətə salmışdır ki, bu ölkə öz ərazi bütövlüyündən can-başla müdafiə edə bilməsin və düşmən senarisinin alətinə çevrilsin, sonda İslam dünyasının bir hissəsi işğalçı Ermənistana verilsin.”
Konfransın davamında doktor Raifupur çıxış edərək deyib: “İmperializmin fitnəsi millətçilikdir və aləmdə ən böyük millətçi İblisdir. O, özünü böyük sandı.”
Doktor Raifupur əlavə edib: “Sionist rejim regionda öz məqsədlərini həyata keçirmək üçün millətçilik və məzhəbçilik kimi iki amildən faydalanır. Qarabağ münaqişəsinin yaranması Amerika və sionist rejim üçün Qafqazda iki böyük ölkə: İran və Rusiyanın arasında özünə təhlükəsiz yer tapmaq, habelə qondarma İsrailin şimalı, yəni Livanın cənubun qisasını almaq istiqamətində İranın şimalında Azərbaycan Respublikasını özünə cəzb etmək üçün ən  yaxşı bəhanə idi.”
Raifupur daha sonra deyib: “Biz Qarabağı Fələstin kimi İslamın bir hissəsi bilirik və İslamın ağuşuna qayıtmalıdır. Millətçilik Qarabağı İslamın qucağına qayıtmağa qoymur. Azərbaycan dövlətinin millətçiləri Qarabağ müharibəsində İranın yardımlarını unudublar. Azərbaycan Respublikasının bu müharibəyə görə hələ də İrana 30 milyon dollar borcu vardır. Amma bu ölkə özünü unutqanlığa vurmuşdur və Azərbaycan xalqına yalan danışır, şahidləri hələ də diri olan bir tarixi təhrif etməyə çalışır. Bizim sərdar və komandirlərimiz azəri qüvvələrinə təlim verirdilər. Həqiqətpur, Noi İqdam kimi şəxsiyyətlər bu hadisələrin canlı şahidləridir. Biz ötüb keçmiş bir tarixdən söhbət etmirik. Azərbaycanlı generallar özləri bu köməklərin şahidləridir və onlar hələ də diridirlər. Qanları Qarabağ torpağına tökülən şəhidlərimiz Allahın yanında şahiddirlər. Tullantı dəmir adı ilə silahla dolu yük maşınları Azərbaycan Respublikasına yola salınırdı. Bunlar hələ yaddan çıxmayıb.”
Konfransın natiqi vurğulayıb: “Əgər İran öz sərhədlərini Azərbaycandan gələn köçkünlərin üzünə açmasaydı, nə qədər insan öləcəkdi? Əgər Qarabağda döyüşmək üçün Pakistan və Əfqanıstandan gəlmiş mücahidlər Amerikanın göstərişi ilə Azərbaycandan çıxarılmasaydı, Zeynəbiyyun və Fatimiyyun vasitəsilə Suriyada qazanılan qələbə Qarabağda da qazanılacaqdı. Azərbaycanın bəzi əraziləri hətta bir  güllə də atılmadan işğalçı ermənilərə təslim edildi, yəni millətçilər həmin yerləri özləri ermənilərə təqdim etdilər.
Dövlətdə fəaliyyət göstərən millətçilər Qarabağın İslamın ağuşuna qayıtmasını zərrə qədər də istəmirlər. Halbuki onlar Qarabağı azad etməkdən danışırlar. Çünki ixtiyarları öz əllərində deyildir. Şübhəsiz, sionist rejim onlara bu icazəni vermir. Zira öz məqsədlərini həyata keçirmək üçün ixtilaf yaratmağa ehtiyacı vardır.”
Doktor Raifupur daha sonra deyib: “İslam İnqilabında vəzifəli bir şəxsin səhvi sistemin ayağına yazılmamalıdır. Hər vaxt hansısa bir aparat tərəfindən səhv addım atılsa, biz inqilabın ideyalarına sadiq olanlar, meydana çıxmalı, dərhal intiqam almalı və fəryad etməliyik. Məsələn son on gündə baş vermiş hadisə kimi. Xocalı soyqırımı günlərində Ermənistanın baş naziri bizim ölkəyə dəvət olundu, Ararat idman salonunda rüsvyçılıq yaşandı. Bu düşmən oyununun təkmili deyilmi? Biz bunları tənqid edirik. Bu hadisəyə görə Xarici İşlər Nazirliyi cavabdeh olmalıdır. Biz demirik ki, qonşu ölkələrlə əlaqə saxlamayın. Amma bu diplomatik iş Azərbaycan Respublikasında şiələrin matəmdə olduğu günlərdə baş verməli idimi? Bu səfər üçün başqa bir gün təyin etmək olmazdımı?”
Çıxışdan sonra konfrans iştirakçıları fikir mübadiləsi aparıblar.
Livanlı qonaq Macid əl-Qənasi deyib: “Milliyyətçiliyin Qarabağa vurduğu ən az zərbə budur ki, onu İslam dünyasından və onun fövqəladə potensiallarından uzaqlaşdırıb, həmçinin İslam dünyasını Qarabağdan qafil edib.”
Konfransın digər iştirakçısı nigeriyalı qonaq deyib: “Qarabağın torpaq münaqişəsi olduğunu və onun heç bir dini mahiyyət daşımadığını deyən iddiaçılara səslənirəm! Gedin, işğal edilmiş ərazilərdəki məscidlərə baxın, bu məscidləri tövləyə çeviriblər.”
Konfransın sonunda iştirakçılar İslam torpaqlarını işğal etmiş Ermənistanın işğalçı hərəkətini pisləyiblər və Azərbaycan dövlətindən istəyiblər ki, öz əslinə və kimliyinə qayıtsın, Qarabağ münaqişəsini islami kimliklə həll etsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button