ArxivIslamXəbər lentiXəbərlər

10 Rəcəb dünya şiələrinin 9-cu imamının səadətli viladəti günüdür

  • 10 Rəcəb dünya şiələrinin 9-cu imamı İmam Məhəmməd Təqinin (ə) səadətli viladətinin ildönümü günüdür.

İmam Məhəmməd Təqi (ə) 195-ci hicri qəməri ili Mədinə şəhərində dünyaya gəlmiş və əziz atası 8-ci imam İmam Rzanın (ə) şəhadətindən sonra müsəlmanların rəhbərliyi məsuliyyətini üzərinə götürmüşdür.

İmam Məhəmməd Təqinin (ə) mübarək ləqəbi Cavaddır və Təqi isə onun ən məşhur ləqəblərindən biridir.

İmam Cavadın (ə) imamlığı dövründə müxtəlif islam və qeyri-islam firqələri inkişaf etmiş və digər xalqlar elmlər və fənnlərə xüsusi diqqət yetirmişdilər. Buna görə dünya şiələrinin 9-cu imamı elmi və inanc məsələlərinə daxil oldu və müxtəlif dinlərdən olan müxaliflərlə münazirədə ilahi sərmayə ilə imamlığı qorudu.

İslami İran xalqı İmam Məhəmməd Təqinin (ə) səadətli viladətinin ildönümü günündə, müqəddəs məkanlar, xüsusilə də şiələrin 8-ci imamı İmam Rzanın (ə) pak ziyarətgahında şənliklər təşkil edir.

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı İmam Məhəmməd Təqinin (ə) səadətli viladətinin ildönümünün gəlib çatması münasibəti ilə bütün müsəlmanlar və dünyanın digər azadlıqsevərlərini təbrik edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button