AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Ermənistan Qarabağı İslam torpağından ayırmaq üçün İran ərazisindən istifadə edə bilməz

İslami İranın əhalisi şiədən sünniyə, qocadan cavana, ruhanidən şagirdə kimi islami və milli yanaşma ilə Dağlıq Qarabağın Azərbaycana aid olmasına təkid edərək hədyan danışanların və müxaliflərin ağzını bağladı.

 Bu günlər İran İslam Respublikasının qeyrətli və şəhid yetişdirən əhalisi Ermənistan baş naziri Nikol Paşinyanın Tehranın Ararat idman salonunda ermənilərlə görüşündə baş verən sensasiyalı hərəkətə öz etirazlarını bildirdilər və onu Paşinyanın diplomatik qaydalardan kənar hərəkəti adlandırdılar. Bu hadisə Qarabağ müharibəsi zamanı 1992-ci il fevralın 25-26-da baş vermiş Xocalı soyqırımının ildönümü günləri ilə eyni zamana düşmüşdü.

AranNews-un verdiyi məlumata görə, mömin, inqilabçı və cümə namazına toplaşan əhali, habelə Məclis nümayəndələri, futbol müsabiqələrində idman komandalarının tərəfdarları, digər siniflərin əməkdaşları Ararat idman klubunda baş verən hadisələri pisləmək istiqamətində hərəkətə keçdilər, islami və milli birliklə bu hadisəyə münasibət bildirdilər.

İslami İranda müəllim və ruhani, qoca və cavan hamılıqla məsuliyyət hiss edərək, könüllü olaraq Azərbaycan Respublikasının müstəqilliyini dəstəklədilər və Dağlıq Qarabağın Azərbaycana bağlı olmasında heç bir şəkk-şübhə olmamasına təkid etdilər.

Erməni lobbisinin hoqqabazlığı və Xocalı soyqırımı ərəfəsində Ermənistan baş nazirnin vaxtsız səfərindən sui-istifadə etməsi, habelə Paşinyanın diplomatik qayda-qanundan kənar hərəkətləri, İranda yaşayan ermənilərlə görüş mərasimindən suistifadə etməsi İranın müsəlman xalqının gözündən gizli qalmadı, müxtəlif sahələrdə bu hərəkətlərə cavab verdi.İranın müsəlman və qeyrətli xalqı vəhdət və həmrəyliklə Azərbaycan Respublikası xalqını əmin edir ki, həmişə olduğu kimi bundan sonra da bu ölkənin müsəlman və şiə xalqını İslam ümmətinin bir hissəsi kimi dəstəkləyəcək, Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi biləcək.

Qeyd edək ki, bu günlər Azərbaycan Respublikasında bir sıra cinahlar tərəfindən İranın qeyrətli xalqı və ruhanilərinin Qarabağı İslam torpağı kimi dəstəkləməsi istiqamətində gördüyü işləri müsadirə etmək zümzümələri eşidildi. Bu zümzümələr heç bir məntiqlə Azərbaycan dövləti və xalqının xeyrinə olmayıb və olmayacaq. İran xalqı dünyada baş verən hadisələri ayırd etməkdə ən agah və bəsirətli xalqlardandır, ruhanidən, müəllimə, Məclis nümayəndəsindən şagirdə, qocadan cavana kimi hamı meydana gəldi, Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstəyini verdi, bir qrupun Ararat idman salonunda etdiyi xam və xoşagəlməz hərəkətlərini pislədi.

İslami İranın xalqı İran İslam Respublikasının bayrağı altında yaşamaq üçün ağır zəhmətlərə qatlaşıb və bu yolda qanlar verib. Bu bayraq hər bir iranlının islami və milli simvoludur. Bu bayraq bütün iranlı tayfaları öz sayəsi altına toplayıb. Bu, həqiqətdə bütün iranlıların milli vəhdətidir və bu məsələ gün kimi aydındır, bunu isbat və bəyan etməyə də heç bir ehtiyac yoxdur. Ona görə də hətta Dağlıq Qarabağın Azərbaycana aid olmasına dəstək verildiyi son hərəkətlərdə də İran İslam Respublikasının bayrağından istifadə olunmadı. Bu dəstəklərdə İran bayrağından istifadə edilməməsi İranın sərhədlərindən qıraqda bəzi xarici separatçı qruplar, onların hamiləri tərəfindən qeyri-düzgün fikirlər və anlaşılmazlıqlar formalaşdırılmasına və bu üzdən də Azərbaycan Respublikasında məlum dairələrə bağlı qrup və medialarda suistifadələr olunmasına tutarlı cavabdır.

Azərbaycan Respublikasında öz şəxsi və millətçi mənafeini ölkənin və İslam ümmətinin milli maraqlarından üstün tutan bu kimi cinah və medialara demək lazımdır ki, gec-tez həqiqətlər üzə çıxacaq, Azərbaycan Respublikasının müsəlman və ayıq-sayıq xalqı millətçi qrup və fəalları bu ölkənin siyasi və ictimai səhnəsindən qırağa qoyacaqdır.

Azərbaycan Respublikasının müstəqillik qazandığı vaxtdan indiyə kimi İran İslam Respublikası xalqı və dövlətinin bu ölkəyə verdiyi dəstəkləri sadalamaq bu məqaləyə sığmaz, üstəlik, onları açmağa da ehtiyac yoxdur. Arazın o tayındakı insanların sadiqcəsinə münsiflik etmələri bunu təsdiqləyir.

Azərbaycan Respublikası şiələrinə salam göndərir, müxtəlif sahələrdə öz dəstəyimizi elan edir, mehriban əllərini sıxırıq. İnşallah, transregional oyunçuların bəzək pərdələri, siyasi məkirləri aradan qalxmaqla Qarabağın azad olunmasını bayram keçirəcəyik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button