AktualAktualArxivIslamTarixXəbər lentiXəbərlər

Azərbaycan səfiri Tehranda Xocalı sərgisində olub-Foto

Azərbaycan Respublikasının Tehrandakı səfiri Bünyad Hüseynov Xocalı sərgisində iştirak edərək deyib: “Bu sərgi Azərbaycan dövləti və xalqı üçün çox dəyərlidir. Qarabağ müharibəsinin şahidi və zərərçəkəni kimi mənim üçün qat-qat dəyərli və alqışlanandır.”
Qafqaz Mədəniyyət Mərkəzi – Azərbaycan Respublikasının Tehrandakı səfiri Bünyad Hüseynov Tehranda keçirilən Xocalı sərgisində iştirak edərək deyib: “Bu sərgi Azərbaycan dövləti və xalqı üçün çox dəyərlidir. Qarabağ müharibəsinin şahidi və zərərçəkəni kimi mənim üçün qat-qat dəyərli və alqışlanandır. Mən öz minnətdarlığımı bildirirəm.”

Səfir əlavə edib: “Biz heç vaxt iranlı qardaşlarımızın Qarabağ müharibəsində bizə yardım və dəstəklərini unutmayacağıq. Bugün Azərbaycanın hərbi qüvvələri Qafqazın ən güclü ordusu hesab olunur. Bu mövzuda da iranlı qardaşlarımızın peşəkar və mənəvi dəstəkləri vardır. Habelə, general Baqirinin Azərbaycan Respublikasına səfəri bizim üçün mənəvi bir dəstək hesab olunur. Belə bir yaxşı hadisələrin mənim səfir olduğum dövrdə baş tutması ilə iftixar edirəm.”

“Qarabağın azad olunmasında İslam dünyasının qüdrət və potensiallarını nə qədər təsirli bilirsiniz?” sualını cavablandıran Bünyad Hüseynov deyib: “Qarabağ təkcə Azərbaycan dövlətinin dərdi və problemi deyil, bütün İslam dünyasının dərdidir.

Mən Ali Məqamlı Rəhbərin Qarabağla bağlı söhbətlərini və möqeini araşdırmışam və onun tövsiyələri ilə tam tanışam. Ayətullah Xameneinin nəzər və göstərişlərinin Azərbaycan xalqı arasında xüsusi yeri vardır. Xüsusilə də Qarabağ barəsində. O, Qarabağın azadlığı uğrunda həlak olanları şəhid adlandırıb və bu məsələ Azərbaycan xalqı üçün çox dəyərlidir. Çətin günlərdə də Azərbaycan dövləti və xalqı İran dövləti və xalqının yanında olacaqdır.”

Səfir İranın Azərbaycana dəstəklərinə işarə edərək deyib: “İran İslam Respublikası İslam Konfransında və Qarabağın işğal edilməsi əleyhinə qətnamənin qəbul edilməsində təsirli təlaşlar etmişdir, həmişə bizim yanımızda rəngli iştirak etmiş, bu cərəyanın hamisi olmuşdur.

İslam dünyasında nahaq tökülən qanlar, hər hansı cinah və zahirdə olmağımıza baxmayaraq sanki, biz müsəlmanların qəlb və damarlarında axan qandır.”

Xocalı sərgisindən söz açan səfir daha sonra deyib: “Sizin təşkil etdiyiniz bu sərgi bugünləri İslam vəhdəti istiqamətində böyük bir addım olacaqdır.”

Səfir vurğulayıb: “Mən neçə ildir ki, İrandayam və mübarək Ramazan ayının son həftəsində baş tutan Qüds günündə İran xalqının Fələstinin işğalına etirazının şahidiyəm. Bilin ki, Azərbaycan dövləti də Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi dəstəkləyir.”

بازدید سفیر جمهوری آذربایجان از نمایشگاه عکس خوجالی تهران

بازدید سفیر جمهوری آذربایجان از نمایشگاه عکس خوجالی تهران

بازدید سفیر جمهوری آذربایجان از نمایشگاه عکس خوجالی تهران

بازدید سفیر جمهوری آذربایجان از نمایشگاه عکس خوجالی تهران

بازدید سفیر جمهوری آذربایجان از نمایشگاه عکس خوجالی تهران

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button