ArxivXəbər lentiXəbərlər

Ana hərbi xidmətə yararsız olan əsgər övladı üçün fəryad edir – Video – Foto

  •  bu gün sosial şəbəklərdə aktual mövzuya çevrilən qüsurlu vətəndaşın hərbi xidmətə aparıldığı iddia edilən görüntülər haqqında araşdırma aparıb. Məlum olub ki, görüntülərdəki əsgər Goranboy rayon sakini 04.17.2000- ci il təvəllüdlü Hüseynov Hüseyn Asif oğludur. Hüseynin ailə üzvündən öyrəndik ki, o, anadangəlmə nitq qüsurludur. Eyni zamanda onun bədəni hələ uşaq yaşlarında yanıq xəsarətləri alıb. Anası bildirir ki, övladı buna baxmayaraq onu Goranboy Rayon səfərbərlik və Hərbi xidmətə Çağırış tərəfindən hərbiyə aparılıb. Bir müddət sonra isə o xidmət etdiyi Xızı rayonu  “N” saylı hərbi hissədə əsgər yoldaşını döyməsi ittihamı ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilib. Valideyni onu da qeyd edib ki, buna etiraz edərək hərbi komissarlığa müraciət etməsinə baxmayaraq, onu dinləyən olmayıb. Uşaq yaşlarından atası tərəfindən atılan anasının himayəsində böyüyüb. Olduqca acınacaqlı vəziyyətdə yaşayan ailə hal-hazırda köməksiz olduğunu bildirir. Hüseynin anası məsələnin ictimailəşməsini, övladının  azad edilməsi üçün ölkə rəhbərliyindən və digər aidiyyatı şəxslərdən kömək istəyir.

H.Hüseynovun qüsurlu olduğunu göstərən və ailəyə məxsus olan evin görüntüləri sizə təqdim edirik.

 

Şərh yaz

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button