ArxivIslamXəbər lentiXəbərlər

Blokadada olduğumuz zaman İran öz qapılarını bizə açdı

Qətər xarici işlər naziri İranın öz hava məkanını Qətərin üzünə açıq qoymasına görə bu ölkəyə minnətdarlıq edib.

 “Əl-Cəzirə”-nin verdiyi xəbərə görə, Qətər xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Ali-Sani Münhen konfransı çərçivəsində İranın öz hava məkanını Qətər uçuşlarına açıq qoyduğu üçün bu ölkəyə təşəkkür edib.
Xarici işlər naziri açıqlayıb ki, Tehran Dohanın qonşusu kimi daima özünün ən böyük qaz yatağını bizim üzümüzə açmışdır. Bizim Tehranla münasibətlərimiz qədimdən bəri davam edir və İranla ortaq sərhədlərimiz vardır.
Məhəmməd bin Əbdürrəhman əlavə edib: “Biz blokadada olduğumuz və Fars körfəzi ölkələri ilə böhran yaşadığımız bir vaxtda İran öz hava məkanını bizə bağlamadı, ticarət əlaqələrini davam etdirdi. Buna görə İrana minnətdarlıq edirik.”
İran və bir sıra ərəb ölkələri arasında yaranmış gərgin münasibətlərə toxunan xarici işlər naziri deyib: “Təkcə biz deyil, bütün Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin hamısı ixtilafların danışıqlar yolu ilə həll olmasına inanır. Biz İran və Ərəbistanın ixtilafı arasında dayanmışıq. İki tərəf arasında problemlərin tezliklə həll olmasını arzu edirik. Bu, bizim və regionun xeyrinədir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button