ArxivIslamXəbər lentiXəbərlər

İran şəxsi sualtı gəmisini istehsal edən dünyanın 11 ölkəsindən biri oldu

İranın müdafiə və silahlı qüvvələrə locestik dəstək nazirinin müavini Fateh sualtı qayığın ölkənin elm, tədqiqat və sənaye sahəsində gücünün ən əsas simvolu olduğunu bildirərək deyib: İran sualtı qayıq istehsalı sahəsində dünyanın 11 ölkəsi sırasında durur.

İranın Fateh adlı ən müasir sualtı qayığı dünən İran İslam Respublikası ordusunun dəniz qoşunlarının cənub donanmasına qoşuldu. 
İranın müdafi nazirinin müavini Kontr Admiral Əmir Rəstqari dünən axşam İranın 2-ci telekanalına verdiyi açıqlamada Fateh sualtı qayığının istehsalında dünyanın 76 texnologiyasında istifadə edildiyini bildirərək deyib: Bu sualtı qayıq suyun altında və səthində yüksək hücum və müdafiə qabiliyyətlərinə malikdir.
Kontr Admiral Rəstqari İranın düşmənlər tərəfindən sanksiyaya məruz qalmasının inkişaf üçün əlverişli fürsət yaratdığını bildirərək deyib: Yaxın gələcəkdə iranlı mütəxəssislər tərəfindən üzən aparatlar üçün 20 meqavatlıq dəniz generatoru istehsal ediləcək.
Bu sahədə İİR ordusunun dəniz qoşunlarının komandanı Kontr Admiral Hüseyn Xanzadi də islam inqilabından öncə İranın sualtı qayıq istehsalı texnologiyasına malik olmadığını bildirərək deyib: Fateh sualtı qayığı İranın sualtı müdafiə qüvvələr halqasını təkmilləşdirdi.
Xanzadi region ölkələrinin birlikdə regionun təhlükəsizliyini təmin etməyə qadir olduqlarını bildirərək deyib: Əcnəbiləri regiondan çıxarmaq lazımdır ona görə ki,bu region təhlükəsizliyin təmini üçün onların fəaliyyətinə ehtiyaclı deyildir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button