ArxivXəbər lentiXəbərlər

Ermənilər azərbaycanlılar və çeçenlər arasında `nifrət və nifaq toxumlarını əkməyə` çağırır

Ermənilər sosial şəbəkələrdə Moskvada azərbaycanlılar və ermənilər arasında baş vermiş insidenti gərginləşdirməyə səsləyirlər.

Erməni sosial şəbəkə istifadəçiləri həmyerlilərini “maksimum dərəcədə” bu vəziyyətdən faydalanmağa çağırırlar.

Arman Abovyan adlı istifadəçi yazıb: “Deməli, uşaqlar, sizin əlbəttə ki, bizim üçün xoş hadisədən xəbəriniz var, mən Moskvada azərbaycanlılar və çeçenlər arasında baş vermiş qarışıqlıqdan danışıram. Bununla əlaqədar qarşımızda hansı vəzifələr var? İlk öncə, münaqişənin sosial şəbəkələrdə daha da alovlnması üçün əlimizdən gələni edirik, ancaq bunun üçün erməni adlarından istifadə etmirik ki, bizi vəziyyətin gərginləşdirilməsində heç kəs ittiham edə bilməsin. Qarşıdurmanın hər iki tərəfi adından təhqiredici şərhlər yazın. Çox aydın və dəqiq addımlar atmalıyıq. Biz bu vəziyyətdən maksimum faydalanmalıyıq. Yeni qarşıdurma bizim üçün uğur olacaq, ancaq istənilən halda bizim ən əsas vəzifəmiz nifrət və nifaq toxumlarını əkməkdir”.

Qeyd edək ki, fevralın 14-də Moskvada “Neolit” kafesinin yanında azərbaycanlılar və çeçenlər arasında silahlı münaqişə baş verib. Hadisə yerinə gələn polis dava iştirakçılarından 18 nəfəri tutub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button