AktualAktualArxivIslamNardaranXəbər lentiXəbərlər

İranın bir sıra şəhərlərində yürüş iştirakçıları Azərbaycanda islamçı məhbuslara işgəncə verilməsini pisləyiblər-Foto

22 Bəhmən yürüşündə İranın inqilabçı xalqı Azərbaycan Respublikasının islamçı məhbusları ilə həmrəylik nümayiş etdirməklə yanaşı, həbsxanalarda məhbuslara qarşı insanlığa sığmayan davranışlara bərk etiraz ediblər.

Qafqaz Mədəniyyət Mərkəzi – İslam İnqilabının zəfər bayramı günündə İranın bir sıra şəhərlərinin, o cümlədən Tehran, Təbriz, Ərdəbil, Bicar, İslamşəhr və Həmədanın inqilabçı əhalisi son iki həftədə şiddətli işgəncələrə məruz qalmış Azərbaycan Respublikası islamçı məhbuslarının portretlərini əllərində tutaraq Azərbaycan hökumətinin onlara qarşı davranışlarını insanlığa zidd adlandırıb və bu hərəkətləri pisləyiblər.

Xatırladaq ki, Azərbaycan hökumətinin Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və digər islamçı məhbuslara, o cümlədən Hüseyn Abbas, Ehsan Novruzzadə, Sahil Rzalı və digərlərinə qarşı işgəncə və təzyiqlərinin şiddətlənməsinin ardınca 10 gündür ki, aclıq aksiyasına başlayıb. İnsan haqları təşkilatları və məhbusların ailələrinin verdiyi açıqlamalara görə, bu məhbusların taleyi barədə heç bir xəbər yoxdur. Onların vəziyyətinin çox ağır olduğu deyilir.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button