Aktual

Siyasi məhbus Tale Bağırzadə və Abbas Hüseyn aclıq aksiyasınin haqinda

Müsəlman Birliyi Hərəkatının sədri, siyasi məhbus Tale Bağırzadə və Hərəkatın üzvləri Abbas Hüseynlə Cabbar Cabbarlının cəza çəkdikləri Qobustan qapalı həbsxanasında aclıq aksiyası keçirdikləri bəllidir.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, fevralın 15-də Qarabağın Azadlığı uğrunda İslami Müqavimət Hərəkatının sədri, Qarabağ qazisi Rövşən Əhmədli və Azərbaycan Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyev Qobustan qapalı həbsxanasına baş çəkib. Bu barədə R.Əhmədli məlumat verib: “Qobustan qapalı həbsxanasından verilən işgəncə xəbərlərinin ictimaiyyətdə, əhali arasında,məhbus ailələrində yaratdığı ciddi narahatlıqlar,Hacı Tale Bağırzadə və digər məhbusların bu qanunsuz davranışlara etiraz olaraq artıq 16 gündür ki, aclıq aksiyası keçirməsi ilə əlaqədar İnanclı məhbusların hüquqlarını müdafiə komitəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə məktubla rəsmi müraciət etmişdi. Bu gün saat 14-00 da Komitənin həmsədrləri Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev və Qarabağın Azadlığı uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədliyə Qobustan qapalı həbsxanasında AİP-in lideri və sədri Hacı Mövsüm Səmədovla, Müsəlman Birliyi Hərəkatının lideri və sədri Hacı Tale Bağırzadə və həmçinin Nardaran hadisələrində 19 il müddətinə azdliqdan mərhum edilmiş Cabbar Cabbarlı ilə görüşə icazə verilmişdir.Hər bir dustaqla vəkillər üçün ayrılmış otaqda ayrı ayrılqda görüşməyə şərait yaradıldı.Qobustan həbsxanasında baş verən hadisələr ətrafında aparılan müzakirələr bir sıra müsbət nəticələr əldə olunmasıyla yekunlaşa bildi.H.Tale Bağırzadə komitə həmsədrlərinin, Milli Şura rəhbərliyinin, çoxminli tərəfdarlarının xahişlərini və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının bu görüş üçün xoş məramlı jestlərini nəzərə alaraq bu gündən( 15.02.19 ) aclıq aksiyasını dayandırdığı haqda qərarını bildirdi. Görüş zamanı çox nikbin və mübariz əhval-ruhiyyədə olan qardaşlarımız bütün əqidə və mübarizə dostlarına təşəkkür və salamlarını çatdırmağımızı xahiş etdilər. Var olun DOSTLAR !!!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button