AktualAktualArxivIslamNardaranXəbər lentiXəbərlər

İranın universitet tələbələri qurumları Tale Bağırzadəyə dəstək bəyannaməsi yayıb

İranın universitet tələbələri qrumlarından bir qrupu Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadəyə dəstək bəyannaməsi yayıb.

Qafqaz Mədəniyyət Mərkəzi – Redaksiyamızın “Tələbə” xəbər agentliyinə istinadla verdiyi məlumata görə, İranın universitet tələbələri qurumlarından bir qrupu Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadəyə dəstək bəyannaməsi yayıb. Bəyanatda deyilir:

Bismillahir-Rəhmanir-Rəhim

Azərbaycan dövlətinin məsləhəti xalqın dini hislərinə hörmətlə yanaşmaqdadır. Belə ki, onlar dövlət tərəfindən dini məsələlərə qarşı heç bir narahatlıq keçirməməlidir. (İmam Xamenei)

Bir müddətdir ki, regionun məzlum xalqları islami oyanış hadisəsinin baş verməsi ilə istismarçılardan yaxa qurtarmaq və islami təfəkkürün bayrağı altında insani kəramətləri həyata keçirmək vüsalına yetişmək ardıncadırlar.

Həzrət Ruhullah (r) müsəlman ölkələrinin problem və çətinliklərinin səbəbkarı kimi istismarçıların bu ölkələrdə əlaltılarını tərəfindən olduğunu görürdü və xalis İslamın gerçəkləşməsinin rəmzini müsəlman ölkələrinin qərbyönümlü hökumət aparatlarında rəvac tapan şirkə qarışmış əndişələrdən azad olmaqda bilirdi. Doğrusu, bu gün dünya xalqları həzrət Ruhullahın (r) mesajını daha dərindən dərk edir.

Bu günləri Azərbaycan Respublikasının dindar və qeyrətli xalqı İslam aləminin ən məzlum xalqlarından biri sayılır. Onlar öz əsas islami haqlarına nail olmaq üçün əzab-əziyyət, işgəncə, uzunmüddətli həbslərə dözməli, öz hicab, qeyrət və namuslarını qorumaq, şəhidlər sərvərinə əzadarlıq etmək üçün saqqallarını öz qanlarına boyamalıdırlar.

Bu ölkədə 150-dən çox ruhani və din rəhbəri Rəsulullahın (s) dinini himayə etdiyi üçün on illərlə həbs və işgəncəyə məhkum olunub. Azərbaycan Respublikası Müsəlman Birliyi Hərəkatının rəhbəri Hacı Tale Bağırzadə 2015-ci ildə İmam Hüseynin (ə) Ərbəin mərasimində həbs olundu və bir qrup ruhani ilə birlikdə 20 il həbsə məhkum oldu, mənəvi və fiziki işgəncələrə məruz qaldı. O, həbsxanada da zəncirə çəkildi və 6 gündür ki, aclıq aksiyasına başlayıb.

Hacı Tale bundan əvvəl də Yəmən xalqına dəstək olaraq iki həftə aclıq aksiyası keçirmişdi. Biz inqilabçı tələbələr dünyanın öz tarixi mürəkkəbliyini həll etdiyi və Azərbaycan Respublikası məzlum şiələrinin imperialist quruluşlarının hücumuna məruz qaldığı bir dövrdə bir neçə məsələni diqqətə çatdırırıq:

Birinci Azərbaycan Respublikasında məzlum bacı-qardaşlarımıza deyirik: Başladığınız yol enişli-yoxuşludur. Bir günlər bizim atalarımız o yolu keçiblər və biz onların əzəmət və izzətli müqavimətinin mirasını daşıyırıq. Mütəal Allah əbədi Kitabı Qurani-kərimdə müqavimət göstərməyə təkid edərək buyurur: “Sənə əmr edildiyi kimi müqavimət göstər.” Bu gün siz öz müqavimətinizlə dünya məzlumları üçün böyük bir qələbə qazanacaqsınız. Heç bir təhdid sizi qorxutmasın. Sınaqdan keçirməklə sübuta yetirmişik ki, bu hədə və təhdidlər acmış itlərin adət üzrə hürmələrindən başqa bir şey deyil.

İkinci imperializmin toxmaqçılarının bu hərəkətini və onların öz ölkələrində dindarlara qarşı ayrıseçkilik etməsini pisləməklə yanaşı, onlara deyirik: İslamofobiya hərəkətləri İslam İnqilabı mədəniyyətinin yayılmasının qarşısını ala bilməz, gec-tez Azərbaycan məzlumlarının fəryadı bütün dünyaya yayılacaq.

Üçüncü öz ölkəmizin məsullarına üz tuturuq. İran İslam Respublikası rəsmilərindən gözləntimiz budur ki, Azərbaycan Respublikasının məzlumlarının yanında olsunlar.

Zəncan Universiteti İslamçı Tələbələr Qurumu (Vəhdət Təhkimi Ofisi)

Zəncan Universiteti İslami Camiə Qurumu

Zəncan Universiteti Tələbə Bəsici

Zəncan Tibb Elmləri Universiteti Tələbə Bəsici

Zəncan Peyam-Nur Universiteti Tələbə Bəsici

Zəncan Azad İslam Universiteti Tələbə Bəsici

Təbriz Universiteti İslamçı Tələbələr Qurumu (Vəhdət Təhkimi Ofisi)

İsfərayen Texniki-Mühəndislik Universiteti İslamçı Tələbələr Qurumu (Vəhdət Təhkimi Ofisi)

Əz-Zəhra Universiteti İslamçı Tələbələr Qurumu (Vəhdət Təhkimi Ofisi)

Əmir Kəbir Universiteti İslamçı Tələbələr Qurumu (Vəhdət Təhkimi Ofisi)

Şəriəti İnstitutu İslamçı Tələbələr Qurumu (Vəhdət Təhkimi Ofisi)

Hörmüzgan Tibb Elmləri Universiteti İslamçı Tələbələr Qurumu (Vəhdət Təhkimi Ofisi)

Qəzvin İmam Xomeyni Beynəlxalq Universiteti İslamçı Tələbələr Qurumu (Vəhdət Təhkimi Ofisi)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button