Arxiv

Niyə hərbçilər düşməni yox özlərini öldürürlər?

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi 2013-cü ildə Azərbaycan Respublikasının təhlükəsizlik və müdafiə sektorunda intihar edənlərin barəsində məlumat yayıb.

Azərbaycan Respublikasının hərbi sektorunda itkilərin ümumi sayı 78 nəfərdir. Onlardan 16 nəfərinin intihar etməsi ehtimalı var:
– Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edən Hüseynov Nicat Habil oğlu bu il fevralın 11-də xidməti yerini özbaşına tərk edib. Fevralın 15-də isə onun meyiti Sumqayıt şəhəri ərazisindəki göldə tapılıb. İlkin ehtimala görə, əsgər intihar edib.
– 28 fevral Qazax rayon N saylı hərbi hissədə 1990-cı il təvəlüdlü əsgər Allahverdiyev Seymur Mürvət oğlu postda olarkən tabeliyində olan avtomat silahdan atəş açaraq intihar edib.
– 3 martda Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən Tərtərdəki N saylı hərbi hissənin əsgəri, 1993-cü təvəllüdlü Mirzəzadə Orxan Ələmxan oğlu təhlükəsizlik qaydalarını pozaraq tabeliyindəki avtomat silahdan atəş acıb, aldığı güllə yarasından dünyasını dəyişib.
– 24 martda Xüsusi Dövlət Mühafizə İdarəsinin əsgəri 19 yaşlı Məmmədov Məmmədağa Novruz oğlu özünü asaraq intihar edib.
– 6 apreldə Tərtər rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri İmanov Elman Yaqub oğlu postda olarkən tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində həlak olub.
– 20 apreldə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsindən hərbi xidmətə çağırılmış Quliyev Emin İlqar oğlu ona təhkim olunmuş avtomat silahdan açılan atəş nəticəsində vəfat edib.
– 23 apreldə Naximov küçəsində yerləşən mənzillərin birində kirayənişin yaşayan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü İbrahim Rəcəb oğlu Qafarov özünü asaraq intihar edib.
– 3 mayda Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Mehman Musayevin itkin düşməsi barədə onun ailə üzvləri tərəfindən polisə məlumat verilib. Mərhumun meyiti “Şəfa” stadionunun yaxınlığında qollarının damarları kəsilmiş vəziyyətdə aşkar edilib.
– 16 mayda Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində əsgər, 1994-cü il təvəllüdlü Əlizadə Ramil Ətraf oğlu əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
– 30 mayda Şəmkir Hərbi Birləşməsinin N saylı hərbi hissəsində Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Samir Vaqif oğlu Mehdiyev özünü asaraq intihar edib.
– 27 iyunda Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Səmədov Xəzər Ağa oğlu Lerik rayonu ərazisində yerləşən sərhəd zastavasında ölü halda tapılıb.
– 29 iyulda Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində əsgər, 19 yaşlı Nəcəf Fazil oğlu Əliyev tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
– 1 avqustda Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən «N» saylı hərbi hissəsində 19 yaşlı əsgər Elşad Şahlar oğlu İsmayılov tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində vəfat etdiyi bildirilir.
– 29 avqustda DSX-nin Göytəpə şəhərində yerləşən hərbi hissəsinin əsgəri Məmmədov Nofəl naməlum səbəbdən özünü asaraq intihar edib.
– 13 sentyabrda Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Əsgərli Anar Dağıstan oğlu tabeliyində olan silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
– 4 oktyabrda Gəncə şəhərində Daxili Qoşunların müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu əsgəri, Ağdam rayonunda qeydiyyatda olan 1989-cu il təvəllüdlü Cəfərov Vüqar Süleyman oğlunun meyiti tapılıb. Meyit şəhərin Nərimanov prospektində yolun kənarındakı ağacda asılmış vəziyyətdə aşkarlanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button