ArxivXəbər lentiXəbərlər

64 yaşını zindanda qarşılayan siyasi məhbus Ruhulla Axundzadəyə övladlarından məktub

Bu gün şərlənərək 11 il 6 ay həbsə məhkum olan, İslamçı məhbus Ruhullah Axundzadənin 64 yaşı tamam olur.

Övladlarının yazdığı məktubu vetenugrunda.az oxuculara çatdırır: 

“Uca Allahın adı ilə!

Bu gün 21-Yanvar 2019-cu il.Hər il olduğu kimi bu tarixi həm sevinc, həm kədər dolu günümüz kimi xatırlayırıq. Bu günün sevinci atamın dünyaya göz açdığı gündür.
8-il bundan qabaq Azərbaycanın sözünü deyən, mərd,  igid,Koroğlu nərəli Atamız Ruhullah Axundzadəni əl qumbaraları ilə, övladlarının gözü önündə həbs etdilər. O bizə tək ata deyildi, məhəbbət ocağı, sevinc bağı, yoxsulluğumuzu hiss etdirməyən böyük varlığımız idi. Çox şeyi əlimizdən aldınız…
Bu gün böyüdük, başa çatdıq, amma o boş qalan illərin hesabını kim verəcək?! O uşaqlıq çağlarında ata boynuna qaça-qaça sarılmaq hisslərinin içimizdə ölməsinin əvəzini kim verəcək?!
İndi nəvələri baba gözlüyür. Qucağında oturmaq, baba nəvazişi, nağıllar eşitmək arzusundadırlar. Amma yenə arada həsrət var. Görəsən bizə yazılmayıb? O, körpələrimizin cavabını necə verək?
Səni bizdən ayıran zalım bununla kifayətlənmədi və Nardaran hadisəsindən sonra ilahiyyatçı qardaşımız Muhəmmədəlini də saxta ittihamlarla şərləyib həbs etdi.
Atam qocaldı. Atamın illərini aldığınız zalımlar!
Allah sizi öz sevdiklərinizin, əzizlərinizin yoxluğu ilə imtahana çəksin inşaAllah!
Gözəl ürəkli, əsil ata nümunəsi, qüdrətli, yenilməz atamız! Səni mövludun munasibəti ilə hələ də körpə uşaq kimi yolunu gözləyən biz övladların səmimi qəlbdən təbrik edir, Allahdan izzətlə azad olmağını diləyirik. Uca Rəbbimiz həmişə pənahın olsun. Amin!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button