ArxivIslamXəbər lentiXəbərlər

Şəhidlər Xiyabanında zorakılıq-VİDEO

Əli Kərimli: Bizi iki saatadək Şəhidlər Xiyabanı istiqamətinə buarxmadılar.

Yanvarın 20-də Ümumxalq Hüzn Günündə səhər saatlarından başlayaraq, Şəhidlər Xiyabanın ziyarətə gələn ucsuz-bucaqsız ziyarətçi  çox böyük əziyyətlərlə axşama yaxın evinə dönə bilib. Səbəb isə polis qüvvələrinin ətrafda yaratdığı süni tıxac idi.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, buna etiraz edən Milli Şuranın tərfdarları ilə polis arasında insident baş verib. Çoxsaylı insan polis tərəfindən saxlanılıb. O cümlədən, Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri, Qarabağ qazisi Rövşən Əhmədli və AXCP fəalı Sahib Rüstəmli, Qarabağ veteranı Solmaz Əliyeva, gənc fəal Fatimə Mövlamlı və digər 10 nəfər tutlaraq Yasamal rayonu Polis İdarəsinin 26-cı bölməsinə aparılıb. Onlar axşam saatlarında bölmədən sərbəst buraxılıb.

Polis Bakıda Parlament prospektinin başlanğıcında ziyarətçiləri toplayıb, onları 10 və ya 20 nəfər olmaqla buraxıb. Uşaqları ilə ziyarətə gələn və yaşlı nəslin nümayəndələri bu özbaşınalıq və zorakılıqdan xüsusilə çox əziyyət çəkib. Soyuq havada uşaqlar saatlarla ayaq üstə durduğundan ağlayaraq buna etiraz edirdilər sanki.

Baş verən insidetdən sonra AXCP sədri Əli Kərimli mediaya verdiyi açıqlamada bildirib ki, onların Şəhidlər Xiyabanında siyasi aksiya keçirmək fikri olmayıb: “Şəhidlərimizə ehtiramımızı göstərmək üçün hər zaman Xiyabana mütləq gələcəyik. İnsanlar Əzizbəyov dairəsinə toplaşıb iki saat gözlədikdən sonra gərginlik artdı. Onları Xiyabana doğru buraxmadılar. Bundan sonra “Şəhidlər ölməz, vətən bölünməz!” şüarı səsləndirdilər. Bu zaman xüsusi təyinatlı polisləri, çevik polis alayını səfərbər etdilər. Şəhidləri ziyarətə gəlmiş insanları xırda-xırda qruplara böldülər. Böyük hissənin qabağını kəsdilər. Onları ümüumiyyətlə Xiyabana doğru buraxmadılar. Məni, Milli Şuranın rəhbərliyini 150 nəfərlik qrupla Xiyabana doğru buraxdılar. Sonra bizim olduğumuz qrupu yenə böldüllər və 15-20 adamla Şəhidlərimizi ziyarət etmək üçün icazə verdilər.”

Kərimli hesab edir ki, hökumət dünənki mitinqdəki izdihamdan qorxuya düşüb.

“Görünür İlham Əliyev bunlara göstəriş verib. Dünənki mitinqdəki izdihamdan qorxuya düşüb. Millətə nə desin? Deyirdilər müxalifət olmayacaq. Müxalifəti məhv etmişik. Hansıki müxlaifət on minlərlə insanın qarşısında çıxış edir. İndi polisə tapşırıq verib ki, insanları təcrid edin, elə şərait yaradın ki, Əli Kərimli 15 adamla ziyarətə getsin. Bütün bu əməliyyat onun üçün idi. Millətin başına bu oyunu açdılar. Hörmətsizlik etdilər. Amma buna görə utanmalı olan biz deyilik. Çoz təəssüf. Özü bilsin. Bumeranq effekti ilə qayıdacaq, rejimin özünüə dəyəcək.”

Rəsmi qurumlar hələ baş verənlərlə bağlı nəlumat yaymayıb.

AXCP-nin məlumatına görə, bəzi fəallar azad buraxılsa da hazırda polis bölməsində saxlanılanlar da var.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

 

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button