ArxivIslamXəbər lentiXəbərlər

Azərbaycanlı jurnalistlərdən ABŞ-da həbs edilən Mərziyyə Haşimiyə dəstək

İranın Press TV televiziya kanalının jurnalisti Mərziyyə Haşiminin Vaşinqtonda həbs edilməsi dünyanın bir çox medyalarında olduğu kimi Azərbaycanda da bir çox jurnalistlərin etirazına səbəb olub.

qafqaz.ir Həqiqət QHT (Truth NGO) -a istinad xebere gore. Belə ki, Xeberinfo.de-nin baş redaktoru, ilahiyyatçı-yazar Cavid Cabbarlı və birlik.az xəbər portalının baş redaktoru jurnalist -yazar Vüsal Hətəmov ABŞ-ın bu addımını demkratiya və söz azadlığına basqı adlandırıblar . Xeberinfo.de-nin başredaktoru, ilahiyyatçı-yazar Cavid Cabbarlı: səhər kanalının Bakıdakı muxbiri ilə müsahibədə bildirib ki, iranlı jurnalistin ABŞ-da saxlanılması ilk olaraq söz azadlığına basqıdır.
O, Əlavə edib ki, Trump hakimiyyətə gəldiyi ilk gündən jurnalistlərə qarşı kobud davranır. Hətta ilk mətbuat konfransında bəzi jurnalistləri qovması ilə yadda qalır. Budəfə isə məsələ tam fərqlidir. Əslən amerikalı olan, Mərziyə Haşiminin ABŞ-da saxlanılıb, ittiham edilməsi daha çox siyasi motivləri ehtiva edir.
ABŞ tərəfindən hələ rəsmi açıqlama olmadığı üçün biz ancaq ehtimallarımızı bölüşəbilərik. ABŞ bu addımı ilə İranı açıq meydana çəkmək istəyir. Xüsusən 2010-cu ildən sonra regionda İranın əleyhinə atılan bütün addımlar sonra İranın xeyrinə nəticələnib. ABŞ tam uduzub, deyəbilərik. Eyni zamanda, İran açıq müharibədən özünü qoruya bilib. ABŞ-ın məqsədi müharibəni İranın daxilinə sürükləməkdir. İran isə bu istiqamətdə olan bütün həmlələrdən məharətlə yayınıb.
İkincisi, İranın xariciişlər naziri Məhəmməd Cavad Zərifin dediyi kimi, ABŞ İranı siyasi şantaj edir. İranlı jurnalisti ittiham etməkdə, bu iddianı əsaslandırmaq istəyidir.
Həbsin daha birtərəfi isə söz və mətbuat azadlığı ilə bağlıdır. Dünyada ən təhlkəli peşələrdən biri jurnalistika və ən çox peşə fəaliyyətinə görə öldürülənlər isə juralistlərdirlər. Hesab edirəm ki, Mərziyə Haşımı dərhal sərbəst buraxılmalıdır. Ona işgəncə verilməsi ilə bağlı məlumatlar da yayılır. Heç bir halda bu, yolverilməzdir. İşgəncə faktı demokratik dəyərləri əsas götürən ABŞ üçün biabırçılığdır.
Qeyd edimki, həm həbs və ittihamla bağlı, həmdə işgəncə haqqında rəsmi Vaşinqtonun susqunluğu başa düşülən deyil. Sükut davam edərsə, işgəncə faktı təsdiq olunur, deməkdir. Bu hal da Amerika hegmonluğunun daha bir təzahürü olacaq. Bundan sonra ABŞ heçkimin hüquq və azadlığını tanımır, hörmət etmir və demokratikadan  ancaq özmaraqları çərçivəsində yararlanır, deyimini inkar edə bilməz.
Jurnalist -yazar Vüsal Hətəmov:  jurnalistin həbsi yolverilməzdir.
   “Ümumiyyətlə, son dövrlərdə dünyada mənfi xətt üzrə artan bir ümid yaranıb: Jurnalistə təzyiq. Qərb dünyası müsəlman dövlətlərində kiçik bir hadisə olan kimi qlobal problemə çevirirlər, insan haqları şurası müsəlmanları “bar -bar”lara bənzədir. Hanı bəs həmin şuralar? Niyə jurnalist ABŞ-İran siyasətinin qurbanı olmalıdır?”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button