ArxivIslamNardaranXəbər lentiXəbərlər

Tale Bağırzadə Azərbaycan xalqını 19 yanvar mitinqinə səslədi

Tale Bağırzadə: “Düşünürəm ki, bundan gözəl sivil yol hazırda yoxdur”.

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə Qobustan həbsxanasından Milli Şuranın 19 yanvar mitinqinə münasibət bildirib.

 MBH-nin lideri T.Bağırzadə bütün xalqı 19 yanvar mitinqinə qoşulmağa çağırıb:
“Əziz bacı və qardaşlarım.
Son günlər mətbuatda yayılan məlumatlar bizləri narahat etməyə bilmir. Verilmiş cəza bitməmiş üzərinə əlavə cəzalar verilir və bir neçə il cəzanı artırırlar. Qobustan həbsxanasında bizlərə olunmuş zorakılıqlar və sair.
Biz bir daha bəyan edirik ki, bizim mübarizəmiz sivil yolladır. Bizə qarşı hansısa zorakılıq olarsa biz buna sivil yolla cavab verərik. Son günlər bizə qarşı baş verənlər provakasiyadır. Biz bunu qınayırıq və edilən qanunsuzluqlara son qoyulmasını tələb edirik. Hökumət bizə qarşı istənilən provakasiyaya görə məsuliyyət daşıyır.
Həbsxabalardakı islamçılar hər an aclıq aksiyasına başlaya bilərlər. Biz hələki bu barədə səbr edirik. Bundan əlavə olaraq Milli Şuranın 19 yanvar tarixində keçirilməsi planlaşdırılan “Bütün siyasi məhbuslara azadlıq!” tələbi ilə keçiriləcək aksiyaya qatılmağa səsləyirəm. Aksiyada Azərbaycanın vicdanlı kişi və qadınları olan siyasi məhbuslara azadlıq şüarı səsləndiriləcək. Düşünürəm ki, bundan gözəl sivil yol hazırda yoxdur.
MBH 17.01.2019 saat 21:14″
Qeyd edək ki Milli Şuranın təşkilatçılığı ilə 19 yanvar tarixində Yasamal rayonunda yerləşən Məhsul stadionunda  “Bütün siyasi məhbuslara azadlıq!” tələbi ilə mitinq keçiriləcək. Mitinqə rəsmi olaraq icazə verilib.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button