ArxivIslamNardaranXəbər lentiXəbərlər

AİP rəhbərliyi Seyid Hacı Fəramizi təbrik etdi

Peyğəmbər övladı Seyid Hacı Fəramiz cəmiyyətimiz üçün ən gözəl bəndəçilik nümunəsidir desək yanılmarıq.
qafqaz.ir İslamınSəsi-a istinad xebere gore, bu fikirlər AİP rəhbərliyinin təbrik məktubunda öz əksini tapıb:
Özünə  qarşı haqsızlığı tam dərk edərək onun pik həddində belə əhvalını, təmkinini pozmadan çox rahat davranışı ilə ətrafa xüsusi əxlaq nümunəsi göstərməsi, yalnız Allaha sevgisinin, onun təqdirinə güvənməsinin, İslamda 14 məsumu özünə nümunə qərar verməsinin nəticəsi kimi başa düşülməlidir.
O dünən müqəddəs bildiyimiz Peyğəmbər kürsüsündə belə idi, bu gün zindanda belədir, sabah da belə olacağına şübhə yoxdur. Çünki Seyid Fəramiz hər an özünü uca Allahın məhzərində hiss edir. Allah qapısını açsın.
Doğum günü ilə ətrafına nur çiləyən bir bəndənin varlıq aləminə qovuşması Allahın insanlara hədiyyəsidir. Mübarək olsun.
Əziz qardaşımıza yaş vermək olmaz, onun hər günü, hər anı, dilində, qəlbində Allah kəlamları ona on dəfələrlə 64 yaşı çoxdan yaşadıb keçmişdir.
Azərbaycan İslam partiyasının rəhbərliyi dönməz əqidə, pak niyyət, böyük əxlaq və mənəviyyat sahibi Seyid Hacı Fəramizi təbrik edir, ona müqəddəs amallarının davamında Allah istəyən zirvəni diləyir, can sağlığı arzulayır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button