ArxivIslamNardaranXəbər lentiXəbərlər

5 siyasi məhbus aclıq aksiyasına başladı

Yanvarın 13-ü İlkin Rüstəmzadə, Bayram Məmmədov, Elçin İsmayıllı, Əhsən Nuruzadə və Qiyas İbrahimov aclıq aksiyasına başlayıblar.
Bu barədə jurnalist Xədicə İsmayıl məlumat yayıbO,  öz Facebook profilində  məhbusların məktubunu paylaşıb.
Məktubda Mehman Hüseynov və digər siyasi məhbuslara qarşı açılan yeni cinayət işinə etiraz əlaməti olaraq aclıq aksiyasına başladıqları qeyd olunub.
“Biz ölkəmizin zülmətə qərq olmasına etiraz edirik! Biz repressiyalara etiraz edirik! Və susmayacağıq! Biz öz ölkəmizə sahib çıxırıq və onun işıqlı insanlarına həbsxanalarda qanqster kimi davranılmasına müqavimət göstərəcəyik. Mehman və digər hər kəs üçün bu gündən etibarən müddətsiz aclıq aksiyasına başlayırıq və bütün siyasi məhbusları bizə qoşulmağa çağırırıq!”, – müraciətdə deyilir.
İlkin Rüstəmzadə
Qiyas İbrahimov
Bayram Məmmədov
Əhsən Nuruzadə
Elçin İsmayıllı
Onlar digər siyasi məhbusları da bu aksiyaya qoşulmağa çağırıblar.
Toplum.TV

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button