ArxivIslamNardaranQadin və hicabŞəxsiyyətlərXəbər lentiXəbərlər

“Ədalət uğrunda özlərini qurban verənlər bu gün zindanlara salınıblar” – Fotolar

Yanvarın 11-də “Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı”nın (QAUİMH) ofisində “2018-ci ilin yekunları və 2019-cu ildən gözləntilər” adlı mətbuat  konfransı keçirildi. Mətbuat konfransında ölkənin ictimai –siyasi fəalları, məhbus ailələri, hüquq müdafiəçiləri və inanclı şəxslər iştirak edib.
Tədbiri giriş sözü ilə açan  QAUİMH sədri Rövşən Əhmədli tədbirin əslində yanvarın 7-də keçrilməsini planlaşdırdıqlarını bildirib: “Əslində bu tədbir yanvarın 7-də baş tutmalı idi. Çünki bilirsiniz ki, 8 il əvvəl Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov həbs edildi. Onunla yanaşı onlarla inanclı həbs edildi və bu bu gün də davam edir. Bu gün ölkənin birinci problemi Qarabağ problemidi, ikinci problem isə siyasi məhbuslardır. Bu 8 ildə ruhanilərin, ictimai fəalların  ardıcıl həbslərini gördük. 2018-ci ilin ən yaddaqalan olayları Mingəçevirdə baş verən partlayış və Gəncə hadisələri oldu”.
Tədbirdə AİP sədrəvəzi, ilahiyyatçı İlham Əliyev, ilahiyyatçı alim Araz Şiyəkəranlı, hüquq müdafiəçisi Oqtay Güləliyev, kinodramaturq Eldəniz Quliyev, AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova, siyasi məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədli, Milli Şuranın üzvü İbrahim İbrahimli, siyasi məhbus Abbas Hüseynin anası Rəhimə Hüseynova çıxış ediblər. AİP sədr əvəzi İlham Əliyev “Qurani -Kərim”də haqsızlıqla mübarizənin vacib buyurulduğunu bildirdi. Eyni zamanda islam tarixində qadınların ədalətsizliyə qarşı vuruşmasını önə çəkdi: “Həzrəti Zeynəb əli-qolu bağlı şəkildə etdiyi çıxışı ilə zalımı öz zülmünü etiraf etməyə məcbur etdi. Bu gün də onun çıxışlarını oxuyan böyük insanlar xanım Zeynəbə təzim edirlər. Hər zaman belə olub. Haqsızlıqla döyüşənlər tarixdə min illər boyu sevgi ilə anılıb.”
“2018-ci ildə bir dəstə siyasi məhbus ailəsi həbs edilən yaxınlarını şəkli olan köynəklə şəhərdə gəzdikləri üçün polis saxladı” – bu sözləri siyasi məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədli dedi: “Polis mənə dedi ki, şəkilin altında “Azadlıq!” sözü var. Bilmiriz ki, azadlıq bu ölkədə qadağan edilib? Get, otur maşında. Azadlığın qadağan edildiyi ölkədə yaşayırıq.”
Milli Şuranın Kordinasiya Şurasının üzvü İbrahim İbrahimov siyasi məhbuslara zindanda verilən işgəncə faktlarına toxundu və hər bir insanın haqsızlığa etiraz etməsinin vacibliyini bildirdi: “12 imamımız çox rahat yaşaya bilərdi, amma onlar özlərini oda-alova atdılar. Onlar ədalət uğurunda canlarını qurban verdilər. Bu gün zindanda işgəncələrə məruz qalan Abbas Hüseynlər o imamların davamçısıdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button