AktualAktualArxivQadin və hicabXəbər lentiXəbərlər

Tiflis aeroport polisinin İran vətəndaşına qarşı kobud hərəkəti

Tiflis hava limanı polisi İran vətəndaşı olan bir qadını 20 saat həbs edib və ona qarşı kobud rəftar edib.
Qafqaz Mədəniyyət Mərkəzi – Tiflis girişində İran vətəndaşlarının deport edilməsinin şiddətlənməsinin ardınca, gürcü rəsmilərin, xüsusilə də Gürcüstanın Tehrandakı səfirinin bu problemi izləyəcəyini vəd etməsinə baxmayaraq, bu dəfə İran vətəndaşı olan bir qadın bu ölkənin paytaxtının aeroportunda saxlanılıb və Gürcüstan polisinin kobud rəftarı ilə üzləşib.
35 yaşlı İran vətəndaşı M. Huda 3 dekabrda İstanbuldan Tiflisə uçar təyyarə ilə Gürcüstana yola düşüb və 4 dekabr saat 2-də Tiflis aeroportuna daxil olub. Lakin o, aeroport polisinin maneəsi ilə qarşılaşıb. Bu prosesə etiraz edən qadın Gürcüstan polisi tərəfindən 20 saat həbs olunub və polisi zorakılığı ilə üzləşib.
  1. Huda başına gətirilənlərlə bağlı “Fars” xəbər agentliyinə danışaraq deyib: “Aeroportun tranzit salonuna daxil olduqdan sorna polis mənə Tiflisə daxil ola bilməyəcəyimi bildirdi. Məndən başqa bir neçə nəfərin də girişinə icazə verilmədi.”
Qadının sözlərinə görə, hava limanı polisi onun əşyalarını və telefonunu alıb, ona qarşı alçaldıcı ifadələr işlədib və qolunu qandallayaraq, 5 dəfə sakitləşdirici ampul vurub. O, bir neçə dəfə qaçmağa cəhd etsə da, baş tutmayıb.
Xanım M. Huda deyib: “Saxlanıldığım müddətdə bir neçə dəfə öz səfirliyimiz ilə telefon əlaqəsi yaratmaq istədiyimi bildirdim, amma hər dəfə polis əhəmiyyətlizliyi və təhqirləri ilə üzləşdim.”
İran vətəndaşı 20 saat saxlandıqdan sonra Gürcüstan deport polisi onu təyyarə ilə İstanbula qaytarıb. O, İstanbula qayıtdıqdan sonra bu şəhərdə yerləşən Gürcüstan konsulluğuna müraciət etsə də, ona qaneedici cavab verilməyib.
Bundan sonra xanım M. Huda İranın İstanbuldakı konsulluğuna müraciət edərək şikayətini qeyd edib və bilet alaraq Tehrana qayıdıb.
İrana qayıdan vətəndaş XİN-nə və məhkməmə-tibbi ekspertizasına müraciət edib. Məhkəmə-tibb ekspertizası da onun bədənində zorakı davranış izlərini təsdiq edib.
  1. Huda hal-hazırda heysiyyətinin qorunması və əlindən alınmış vəsaitlərinin qaytarılmasını istəyir. O deyib: “Bütün hüquqlarım bərpa olunmayınca, bu məsələni izləmkdən əl çəkməyəcəm.”
O, həmçinin hadisə ilə bağlı deyib ki, mən saxlandığım müddətdə onlar deyirdi: “Buradan gedin! Bizim iranlıların investisiyasına ehtiyacımız yoxdur.”
“Fars”-ın verdiyi xəbərə görə, Gürcüstanda İran vətəndaşlarının deport edilməsi son bir ayda şiddətlənib, Tiflisdə müvəqqəti qalmış, mülk almış, şikrət açımış və s. iranlıların bu ölkəyə girişinə maneə yaradılıb və bu hərəkətə görə heç bir qaneedici cavab verilməyib.
Diqqəti çəkən məsələ budur ki, Gürcüstanın bu hərəkəti İran vətəndaşlarının şəninə uyğun deyil və bir ölkəyə hətta qeyri-qanuni daxil olmağın cavabı belə, zorakılıq və təhqir deyil.
Tiflis aeroportunda İran vətəndaşlarına qarşı təhqiramiz hərəkət bundan əvvəl də baş vermişdi. İranlı qadınların fiziki təftiş edilməsi zamanı onlara qarşı kobud rəftar olunmuşdu. O vaxt İranın Tiflisdəki səfirliyi Gürcüstan XİN-nə və Tiflis aeroportunun təhlükəsizlik polisinə bərk etiraz etmişdi, bundan əlavə, bu ölkənin İrandakı səfirindən məsələ ilə bağlı izah tələb olunmuşdu.
Qeyd edək ki, Gürcüstan və İran arasında viza rejimi ləğv olmuşdur. İki ölkə arasında əldə edilmiş razılığa görə, İran vətəndaşları asanlıqla bu ölkəyə səfər edə və orada 45 gün heç bir məhdudiyyət olmadan qala bilərlər. Bu müddətin ardıcıl olaraq dəfələrlə uzadılması da mümkündür. Bu şərtlə ki, şəxs bir saatlıq da olsa, bu ölkə ərazisindən çıxsın və yenidən daxil olsun. Lakin bir müddətdir ki, bu şəxslərin yenidən Gürcüstana daxil olmasının qarşısı alınır.
Qısa müddətli qeydiyyat almış İran vətəndaşları, Gürcüstan dövlətinin qanunlarına uyğun olaraq bu ölkədə şirkət təsis etmişlər, ticarət və ya təhsillə məşğuldurlar, bəziləri əmlak almışlar. Deport olmuş İran vətəndaşları arasında hətta bu ölkənin universitetlərində təhsil alanlar da vardır. Onlardan bəziləri öz övladlarını Gürcüstan məktəblərində oxudurlar. Halbuki, bu uşaqların ata-anaının ölkəyə girişinə qadağa qoyulur.
Deport və rejekt prosesi başlayan vaxtdan İran bu yanaşmaya bir neçə dəfə etirazını bildirmiş və diplomatik yollarla məsələni izləmişdir. Bu istiqamətdə 5 dekabrda Gürcüstan səfiri İran XİN-nə çağırılmış və bu prosesə etiraz bildirilmişdir. Səfir məsələ ilə bağlı izah vermiş və İran vətəndaşlarına qarşı bir sıra davranışlara görə təəssüfləndiyini ifadə etmiş, iki ölkə münasibətlərinin əhəmiyyətinə, Gürcüstan dövlət və xalqnın İran xaqlına hörmətlə yanaşmasına təkid edərək qeyd olunan narahatlığı izləyəcəyini vəd etmişdir.
İki ölkə arasında yaxşı və artmaqda olan münasibətlərə diqqət etməklə, bu kimi hərəkətlər hər iki ölkədə ictimai fikri bir sıra şübhələrlə qarşılaşdırır. Bu yanaşma kimin maraqlarını təmin etmək üçündür? Sözsüz ki, nə Gürcüstan, nə də İran xalqının maraqlarına xidmət etmir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button