ArxivXəbər lentiXəbərlər

Azərbaycanda Siyasi Məhbuslara Azadlıq İttifaqı adlı yeni qurum təsis edildi – Foto

Azərbaycanda Siyasi Məhbuslara Azadlıq İttifaqı adlı yeni qurum təsis edildi - Foto

Bakıda yeni siyasi qurum təsis edilib. Həqiqət QHT (Truth NGO) – Siyasi Məhbuslara Azadlıq İttifaqı adlı qurumun təsis edilməsi məqsədi ilə mətbuat konfransı keçirilib. Mətbuat konfransını açıq elan edən İslamçı Məhbusların Müdafiə Komitəsinin rəhbəri Eldəniz Quliyev bildirib ki, yeni qurum başda Leyla Yunus olmaqla , Elşad Həsənov, Hilal Məmmədov və özü tərəfindən təsis olunub.  O, qeyd edib ki, artıq dünya birliyi və bir çox beynəlxalq qurumlar bu haqda məlumatlandırılıb.Azərbaycanda 150-dən artıq siyasi məhbusun olduğunu deyən  Eldəniz Quliyev, onların yarıdan çoxunun (təxminən 78-79 nəfər) inanclılar təşkil etdiyini açıqlayıb. O, bildirib ki, 44 nəfər siyasi məhbus Nardaran hadisələri zamanı həbs olunub. Eldəniz Quliyev əlavə edib ki, bu gün siyasi məhbusların vəziyyəti qənaətbəxş deyil və onların müdafiəyə ehtiyacı var. Biz də nəticəsi hasil olan fəaliyyət növlərinə üstünlük verəcəyik. Yeni yaradılan qurumun əsas məqsədi də məhz budur. Daha sonra konfransda çıxış edən digər təsisçilər Siyasi Məhbuslara Azadlıq İttifaqının sırf qanun çərçivəsində yaradılan, açıq bir təşkilat olduğunu vurğulayıblar.  Ölkədə mövcud insan haqları ilə bağlı prosesləri nəzərə alaraq, siyasi fəalların həbsləri, işgəncələri ilə bağlı məsələləri gündəmdə saxlayacaqlarını dilə gətiriblər. Konfrans jurnalistlərin suallarının cavablandırılması ilə davam edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button