Tarix

Çaldıran döyüşü

Şah İsmayılın yanlış taktikası yoxsa türklərin texniki üstünlüyü?

Çaldıran döyüşü — Səfəvilər və Osmanlılar arasında 1514-cü il avqustun 23-də Çaldıran düzündə (Maku şəhəri yaxınlığında) baş vermiş vuruşmadan 499 il ötür.
Oxu.Az xəbər verir ki, 1514-cü il avqustun 23-də Çaldıran düzündə sultan I Səlimin Osmanlı qoşunları ilə I Şah İsmayılın başçılıq etdiyi qızılbaş qoşunları arasında döyüş olub.
Təqribən 300 top, tüfənglə silahlanmış yeniçəri dəstələri və s. qoşun növlərindən ibarət Osmanlı ordusu avqust ayında səfəvilər dövlətinin ərazisinə soxuldu.
Avqustun 23-də baş verən döyüşdə hər iki tərəf ağır itikiyə məruz qaldı. Osmanlı ordusunun sağ cinahında Anodolu bəylərbəyisi Sinan paşa, sol cinahında isə Rumeli bəylərbəyisi Həsən paşa komandanlıq edirdi. Bir-birinə zəncirlə bağlanmış toplar və yeniçəri dəstələri mərkəzdə yerləşdirilmişdi.
Heç bir odlu silahı və topu olmayan qızılbaş ordusu sayca osmanlılardan xeyli az idi.
Döyüş ərəfəsində I Şah İsmayılın yaxın adamları məsləhət gördülər ki, osmanlıların artilleriya sahəsindəki üstünlüklərini heçə endirmək məqsədi ilə gecə ikən düşmən üzərinə hücum etsinlər, lakin İsmayıl “Mən karvanbasan quldur deyiləm” deyib bundan imtina etdi. Səfəvi ordusunun sağ cinahında durmuş Xan Şamlı, sol cinahında isə Məhəmməd xan Ustaclı komandanlıq edirdi.
I Şah İsmayıl təkbətək döyüşdə Osmanlı pəhlivanı Əlibəy Məlqucoğlunu qılıncdan keçirdi. Lakin Osmanlı piyadasını geri oturdan qızılbaş süvarisi düşmən toplarının atəşinə məruz qaldı.
Yaralanmış I Şah İsmayıl ölkənin daxilinə doğru çəkildi. Məğlubiyyətə uğrayan qızılbaşlar Məhəmməd xan Ustaclı, Sarı Pirə Ustaclı, Hüseyn bəy Lələ Şamlı, Xadim bəy Xülafə, Osmanlılar isə Həsən paşa, Məlqucoğlu, Üveys bəy, Süleyman bəy kimi sərkərdələrini itirdilər.
Hücuma keçən Osmanlı qoşunu Xoy, Mərənd və Təbrizi tutdu.

Döyüşün nəticələri:
1. Anadolunun birdəfəlik Türkiyənin tərkibinə qatılması, Osmanlı türkiyəsinin şərq sərhədlərinin müəyyənləşməsi.
2. Yaxın, oğuz mənşəli xalqların arasında münasibətlərin korlanması.
3. Daxili çəkişmələrə başı qarışmış Avropa krallıqları bir müddət Osmanlı təhlükəsindən arxayınlaşdılar.
4. Səfəvilərin paytaxtı Təbrizdən Qəzvinə, Azərbaycan mərkəzindən kənarlaşdırmağa məcbur olmaları.
5. Səfəvi-Osmanlı müharibələrinin “ənənəsi” qoyuldu.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button