AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycanlı tamaşaçılar İran filmləri ilə çox asanlıqla əlaqə yarada bilirlər

İranın məşhur senarist və rejissoru, IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı münsifələr heyətinin üzvü Kambuziya Partovi deyib: “Azərbaycanlı tamaşaçılar İran filmləri ilə çox asanlıqla əlaqə yarada bilirlər və ortaq mədəniyyətə görə İran senaristlərinin mesajını daha yaxşı başa düşürlər.”

Qafqaz Mədəniyyət Mərkəzi – Redaksiyamızın “İRNA”-ya istinadla verdiyi xəbərə görə, Bakıda keçirilən “START” Beynəlxalq Qısa Filmlər Festivalına münsif kimi dəvət olunmuş Kambuziya Partovi festival barədə deyib: “35 yaşadək olan rejissorların maksimum qısametrajlı filmlərin müsabiqəsi və nümayişi olan bu festival dünyanın hər yerindən toplaşmış senaristlərin fikir mübadiləsi aparması üçün çox əlverişli şərait yaratmışdı.”

Qonşu ölkə Azərbaycan Respublikasında baş tutan festivalı İranın gənc senaristləri üçün yaxşı fürsət adlandıran Partovi deyib: “Azərbaycanlı tamaşaçılar İran filmləri ilə çox asanlıqla əlaqə yarada bilirdilər.

İrandan sənədli, bədii, animasiya filmləri kimi müxtəlif sahələrdə qısametrajlı filmlər festivalda iştirak edirdi.

İran filmlərinin hamısının deməyə sözü var idi, öz ismarışlarını aydın şəkildə tamaşaçıya çatdıra bilirdi və mənim bir münsif kimi onları müdafiə etməyimə ehtiyac qalmırdı.”

Senarist əlavə edib: “Sənədli filmlər arasında “Əsl məhəbbət”, bədii filmlər arasında isə “Yoxluq” filmləri festivalın iftixar diplomlarını kəsb edə bildi.”

Tanınmış rejissor və senari müəllifi bildirib ki, İran filmlərinin deməyə sözünün olmasına baxmayaraq, texniki və texnologiya baxımdan festivalın digər əsərlərindən geri qalırdı. Bunun da səbəbi kifayət qədər sərmayə və sponsurun olmamasıdır.

İranın gənc rejissorları öz xərcləri hesabına film yaratmışdılar və heç bir maliyyə dəstəkləyiciləri yox idi.”

  1. Partovi daha sonra deyib: “Festivala evsahibliyi edən ölkənin (Azərbaycan Respublikası) filmləri zəif idi və ən çox zəiflik də ssenarilərində idi. Sənədli filmləri də ssenari olmadan hazırlamışdılar. Amma Almaniya filmləri yaxşı idi və Türkiyənin də həm filmləri, həm də ssenariləri yaxşı idi.

Ümumi olaraq demək olar ki, bir çox yerlərdə ssenarilə ciddi diqqət yetirilməmişdi.”

Azərbaycan kinoları barədə danışan rejissor deyib: “Bu ölkənin kinoları Türkiyə kinolarından təsirlənmişdir. Təsirlənmək isə tənbəllik yaradır. Ümidvaram ki, azərbaycanlı film istehsalçıları bu ölkənin kino sənətində qədim keçmişinə söykənərək özlərini tapsınlar.”

Azərbaycan Respublikasında teatrın irəliləyişinə işarə edən iranlı rejissor deyib: “Çox təəssüf ki, bu ölkənin kinosu onun teatrı kimi irəliləməmişdir. Halbuki, Azərbaycanın film sənətində “Arşın mal alan” və “Məşədi İbad” kimi filmlər vardır.”

Partovi İran və Azərbaycan Respublikası arasında mədəni ortaqlıqlar olmasına baxmayaraq İran filmlərinin bu ölkədə ekrana az çıxmasını, Türkiyə filmlərinin ekranlaşmasının isə rəvac olduğunu vurğulayıb. O, əlavə edib: “Bir sıra məhdudiyyətlər vardır ki, mədəniyyət mübadiləsini bundan artıq genişləndirməyi bizə imkan vermir.”

Festivalların keçirilməsini film yaradıcıları üçün çox mühüm adlandıran senarist deyib: “Belə festivalların keçirilməsi film yaradıcıları üçün həvəsləndirici rol oynamaqdan əlavə, film sənətkarları arasında mədəniyyət mübadiləsi üçün çox yaxşı şərait yaradır.”

  1. Pərtovi Bakıda “START” Beynəlxalq Festivalının 6 il tətil olmasından təəssüfləndiyini bildirərək deyib: “Bu il 6 illik fasilədən sonra festivalın 9-cu dövrü Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən yenidən baş tutdu. Amma böyük mədəniyyət hadisələrinin dəstəklənməməsi üzündən keçirilməməsi çox təəssüfləndiricidir.”

IX “START” Beynəlxalq Qısa Filmlər Festivalında 30 ölkədən 100 qısa film nümayiş etdirilib. İranlı gənclərin istehsal etdiyi 7 əsər festivala təqdim edilib.

İranlı senarist və rejissor Kambuziya Partovi festivalın 5 nəfərlik münsiflər heyətindən biri olaraq seçilmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button