AktualAktualArxivXəbər lentiXəbərlər

Astara imam cüməsi bu şəhərin dəmir yolunun 25 il müddətində Azərbaycan R-na verilməsini tənqid edib

Hafizniya deyib: “Beynəlxalq səfərlərin Astara əhalisinin yaşayında hiss olunan təsirləri olmalıdır. İndi 25 il gözləməliyik ki, Astaranın dəmir yolu bizim olsun və ondan gəlir əldə edək. Nə üçün Astaranın dəmir yolu 25 il müddətində Azərbaycan Respublikasına verilib?”

Qafqaz Mədəniyyət Mərkəzi – Astara şəhərində höccətül-islam vəl-müslimin Kazim Hafizniyanın imamlığı ilə təşkil olunan cümə namazında xətib İmam Həsən Əskərinin (ə) şəhadəti münasibətilə həzrətin şiələrə tövsiyəsinə işarə edərək deyib: “İmam Həsən Əskəri (ə) təqvalı olmağı, Allahdan qorxmağı, insanın Allah qarşısında günah etməməsini tapşırmışdır. Bu əməllər insanı öz Xaliqinə yaxınlaşdırır.”

İmam cümə İslam Peyğəmbərinin (s) viladətinə və bu münasibətlər Vəhdət həftəsinin başlamasına da toxunaraq deyib: “Vəhdət həftəsi Astarada şiə və sünninin vəhdətinin təcəlli etməsinə səbəb olmuşdur. Bu vəhdət və qardaşlığı bayram edirlər. Ali Məqamlı Rəhbərin sözü ilə desək, İngilis şiəsi və Amerika sünnüsü bu vəhdətə dözmür. Biz ixtilaflardan uzaq durmalıyıq.”

Xətib vurğulayıb: “Məad, Peyğəmbər, Quran və bir çox digər inanclar şiə və sünni arasında müştərək mövzulardır. Düşməni təfriqə yaratmaqdan məyus etməliyik.”

Astaranın imam cüməsi Ali Məqamlı Rəhbərin Cakarta Para Asiya oyunlarında İranın medal sahibləri ilə görüşündə ölkənin problemlərindən birinin də geniş coğrafi potensiallardan istifadə etməmək olduğunu qeyd etməsinə işarə edərək deyib: “Astara quru və dəniz sərhədlərinə, dağ, meşə potensiallarına malikdir və bu qədər təhsilli gəncin bekar qalması düzgün deyildir.”

Höccətül-islam vəl-müslimin Hafizniya əlavə edib ki, Astara əhalisinin yüksək mədəni potensiallarına baxmayaraq bir çox problemləri vardır. Beynəlxalq səfərlərin Astara əhalisinin yaşayında hiss olunan səviyyədə təsirləri olmalıdır. İndi 25 il gözləməliyik ki, Astaranın dəmir yolu bizim olsun və ondan gəlir əldə edək. Nə üçün Astaranın dəmir yolu 25 il müddətində Azərbaycan Respublikasına verilib?”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button