ArxivIslamXəbər lentiXəbərlər

Azərbaycanda 30 sutka həbs edilmiş Gürcüstanın dini təşkilat sədrinin məhkəməsi baş tutmadı

Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsi”nin sədri Mirtağı Əsədovun bu gün, noyabrın 16-na gözlənən məhkəməsi baş tutmayıb.

“Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsi”nin sədri Mirtağı Əsədovun dünən, noyabrın 16-na gözlənən məhkəməsi baş tutmayıb.” Bunu onun vəkilləri deyir.

Mirtağı Əsədova bundan əvvəl Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verildiyi bildirilirdi.

Onun vəkillərinin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə həmin qərardan verilmiş apellyasiya şikayətinə baxılmalı idi.

Əsədovun vəkilləri deyirlər ki, o gətirilmədiyindən məhkəmə prosesi təxirə düşüb.

Mirtağı Əsədovu görmək məqsədilə məhkəməyə gələn yaxınlarının da istəyi gerçəkləşməyib .

Ailəsindən “Turan” agentliyinə bildiriblər ki, Əsədovun məhkəməyə gətirilməməsinin səbəbləri ilə bağlı onlara hər hansı məlumat verilməyib.

Ailə üzvlərinin deməsinə görə, tutulandan bəri Mirtağı Əsədovla əlaqə saxlamalarına da şərait yaradılmayıb.

Bütün bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan da münasibət almaq mümkün olmayıb.

Baş yepiskop Gürcüstan hökumətinə müraciət edib

Bütün bu məsələlər Gürcüstanın dini qurumlarının narahatlığı ilə qarşılanıb.

“Turan” agentliyinin xəbərinə görə, dünən, noyabrın 15-da Gürcüstan Baptist kilsəsinin baş yepiskopu Malxaz Sonquluşvili Mirtağı Əsədovun həbsi ilə əlaqədar Gürcüstan hökumətinə müraciət edib.

O baş verənləri narahatlıqla qarşıladığını açıqlayıb.

“Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsi” də M.Əsədov ilə bağlı bəyanat yayıb.

Bəyanatda Mirtağı Əsədovun tezliklə azad edilməsi istənilir.

 

Xatırlatma

 

“Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin” sədri Mirtağı Əsədovun noyabrın 7-də Azərbaycan-Gürcüstan sərhəd-buraxılış məntəqəsində saxlandığı bildirilir. Bu haqda həmin idarə açıqlama yaymışdı.

Həmin açıqlamadan 4 gün sonra yaxınları bildirmişdilər ki, Mirtağı Əsədov inzibati qaydada 30 sutka həbs edilib. Həyat yoldaşı Şahanə Hacıyeva Əsədov haqda məhkəmə qərarını əldə etdiyini bildirmişdi. O, qərarı noybarın 8-də Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyini deyirdi:

“Gürcüstan vətəndaşı Əsədov Mirtağı 8 noyabr 2018-ci il tarixdə saat 12:30 radələrində Ə.Əlizadə küçəsi, ev 43 ünvanın yaxınlığında telefon ilə uca səslə nalayiq söyüşlər söyüb və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb. Bununla da onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri ilə protokol tərtib olunub”, xanımının deməsinə görə, qərarda yazılıb.

Xanımının vurğulamasına görə, məhkəmə hesab edib ki, protokolda ifadə edilənlər iclas zamanı öz təsdiqini tapıb.

“Hakim Samir Məmmədovun sədrlik etdiyi kollegiyanın qərarına əsasən, Mirtağı Əsədov İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və barəsində 30 gün müddətinə inzibati həbs tədbiri seçilib”, xanımı vurğulayıb.

Mirtağı Əsədovun əvvəllər Azərbaycan vətəndaşı olduğu, 2 ilə yaxındır ki, vətəndaşlıqdan imtina etdiyi bildirilir. Onun ailəsi Azərbaycanda yaşayır. Verilən məlumata görə, o ailəsinə baş çəkməkdən ötrü ildə bir neçə dəfə Azərbaycana səfər edib.

İslamazeri.com

Görüntünün olası içeriÄŸi: Seyid Mirtagi Asadov, gülümsüyor, sakal ve açık hava

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button