ArxivXəbər lentiXəbərlər

Deputat aldığı maaşla ev tikə bilməz-VİDEO Featured

Milli Məclisin büdcəsinin müzakirəsi zamanı deputatlar medianın fəaliyyətindən narazılıq ediblər
“Artıq dövlətin maliyyə imkanları yenidən deputatlar üçün mənzil tikintisinə imkan yaradır. Çünki deputat aldığı maaşla ev tikə bilməz. O baxımdan da mənzillərin tikintisinin yenidən bərpa olunması yaxşı olardı”.
Bunu “Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsini müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
O, deputatlar üçün mənzil tikintisinin yenidən bərpa olunmasını təklif edib: “Bir zamanlar deputatlar üçün mənzillər tikilirdi və mən özüm də 2003-cü ildə mənzillə təmin olunmuşam. Amma bir müddətdir ki, mənzil tikintisi dayandırılıb”.
Deputat Tahir Kərimli isə parlament işçilərinin mənzillə təmin olunması üçün vəsait ayrılması təklif edilib. O bildirib ki, Milli Məclis işçilərinin mənzillə təmin edilməsinə ehtiyac var: “Bunun üçün vəsait ayrılmalıdır. Onların bir çoxunun mənzilə ehtiyacı var. Bir sıra nazirliklərdə bu cür işlər həyata keçirilir”.
Guya mən deputatların maaş davasını edirəm
Qüdrət Həsənquliyev deyib ki, ötən dəfə iclasların birində Milli Məclisin işçilərinin əmək haqları ilə bağlı dediyini bəzi jurnalistlər təhriflə ictimaiyyətə çatdırıblar: “Çıxışımı elə təqdim etdilər ki, guya mən deputatların maaş davasını edirəm. Əslində maaş artırılmalıdır. Amma hesab edirəm ki, bu məsələ başqa tərəfə yozulmamalı idi. Bizi mediada bəzi “reket jurnalistlər” biabır edirlər. Demədiyimiz şeyləri tamamilə təhrif edirlər”.
O, Milli Məclisdə akkreditasiyadan keçmiş bəzi parlament müxbirlərinin qeydiyyatının ləğvini tələb edib: “Mən bu barədə parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu ilə danışmışam və onlar barəsində müəyyən ölçülər götürüb akkreditasiyalarının ləğv edilməsini istəmişəm”.
Tahir Kərimli: Hamı mənə baxır və deyir ki, bunun danışmağa üzü də var
Deputat Tahir Kərimli də mediadan şikayətlənərək, parlamentdə himnlə bağlı çıxışından sonra saytlarda tənqid və təhdid olunduğunu deyib: “Bir müddət öncə, himnlə bağlı çıxış etdim. Burada çıxış edən zaman deputat statusuma uyğun olaraq bütün məsələlər barədə fikirlərimi bildirməyə səlahiyyətli şəxs kimi deyil, sanki öz müdafiə hüququmu həyata keçirən müttəhim kimi danışıram.
Hamı mənə baxır və deyir ki, bunun danışmağa üzü də var. Himnlə bağlı çıxışımı elə vəziyyətə qoydular ki… Sabah üçüncü qüvvə bundan istifadə edib mənə qarşı hər hansı tədbir görəndə bilmirəm kimlərinsə ürəyi sızlayacaq, ya yox? Bu il deputatı olduğum seçki dairəsində 17 kənddə görüş keçirmişəm. İndi mən Ağsu rayonunda camaatın üzünə necə baxım?
Demədiyim sözləri adıma yazdılar, nə günə qoydular… Milli Məclisin televiziyası olarsa, bu hallar baş verməz. Başqa televiziyalarda parlamentin fəaliyyəti kifayət qədər işıqlandırılmır.
“Digər ölkələrdə parlament televiziyaları var. Hesab edirəm ki, Azərbaycanda da parlament televiziyasının olması məqsədəuyğun olardı”. (meydan tv)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button