ArxivIslamXəbər lentiXəbərlər

Həbsdə olan inanclı insanların problemləri müzakirə edildi – FOTO

Bu gün İnaclı Kəsimin Hüquqlarının Müdafiə Komitəsinin təşəbbüsü ilə inanclı məhbusların hüquqlarının müdafiəsinə həsr edilən dəyirmi masa keçirilib. 
Tədbirdə siyasi partiya nümayəndələri, hüquq müdafiəçiləri, ictimai fəallar, ziyalılar, məhbus ailələri, mətbuat işçiləri iştirak ediblər.
Tədbiri açıq elan edən İnanclı Kəsimin Hüquqlarının Müdafiə Komitəsinin sədri Eldəniz Quliyev həbsxanada olan inanclıların saxlanma vəziyyətinə toxundu. Siyasi məhbusları müdafiə edən hüquq müdafiəçilərinin dindar məhbusların adı gələndə susmaqlarını qəbuledilməz hall olduğunu bildirdi. Siyasi məhbusların böyük əksəriyyətinin inanclı kəsimdən olduğunu xatırlatdı.
Eldəniz Quliyev ictimaiyyət nümayəndəsi və müdafiə komitəsinin rəhbəri olaraq islamçı siyasi məhbuslarla görüşməsinə qadağalar yaradıldığını bildirdi: “Qanunla mən bu şəxslərlə mütəmadi görüşmək hüququna malikəm. İnanclıların həbsxanalarda qarşılaşdığı münasibətdən xəbərdarıq. Dindarların sovqat qəbul etməsində qadağalar var. Biz bütün siyasi məhbusların o cümlədən 77 nəfər islamçı məhbus haqda informasiyaları dünyanın bütün beynəlxalq təşkilatlarına göndərmişik”.
Daha sonra söz Azərbaycan İslam Partiyasının(AİP) sədr əvəzi Hacı İlham Əliyevə verildi.
Natiq öz çıxışında İslami həyat tərzinin biz azərbaycanlıların həyatında nə qədər tətbiq edildiyinə toxundu: “Təəssüf ki, biz dünyaya gələndə və dünyadan köçəndə İslami qaydalar çərçivəsində yaşayırıq. Dünya artıq İslamın qiymətini verib. Avropalılar bizim dinimizin təlimatları əsasında tərəqqiyə çatıblar. Əcnəbilər bu dəyərləri daha yaxşı mənimsəyib və tətbiq ediblər. Biz isə bu böyük xəzinədən lazımınca faydalana bilmirik.  Nəsrəddin Tusi, Seyid Əzim Şirvani, Nizami Gəncəvi, Füzuli və sair böyük şəxsiyyətlərimiz kimlərdir və hansı mədəniyyəti təmsil ediblər!?…Bu şəxslər bizə yol göstəriblər.
İlahiyyatçı alim sözünün davamında vəhdət, birlik mövzularına toxunaraq bildirdi ki, insanların baxışları, səliqələri fərqli ola bilər, amma bu müxtəliflikdə belə hədəf vahid olmalıdır:  “Yalnız birlik nümayiş etdirməklə bütün təziqlərə davam gətirmək və hətta başqalarına da təziq etmək olar”.
İnanclı məhbusların problemlərinə toxunan digər natiq, Elşən Həsənovun da çıxışı maraqla qarşılandı.
Hüquq müdafiəçisi dini komitə vasitəsiylə inaclılara qoyulan qadağalara toxundu: “Dini ainlərin, bayramların, Aşura məclislərinin, məscidlərin qeydiyyatı alınmasında qadağalar mövcuddur.  Qanunsuzluqlar beynəlxalq təşkilatların siyahısnda da öz əksini tapıb. “Forum 18″ təşkilatının son hesabatında açıq şəkildə yazılıb ki, Azərbaycanda dini cəmiyyətlər digərlərindən daha çox təziqlərə məruz qalır. Biz aidiyyatı orqanlardan qanunlara icra etmələrini tələb etməliyik. İşgəncələrə son qoyulmalıdır. Siyasi represiyaların əsas hədəfi inanclı məhbuslardır”.
AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova isə bildirdi ki, təkcə divara şəkili vurulanları siyasi məhbus hesab emək olmaz: “Bir insanın söz, ifadə azadlığı yoxdursa demək o, məhbusdur”.
Növrəstə İbrahimova haqsız yerə həbs olunan insanları müdafiə edən şəxslərin vəkillik fəaliyyətinə son qoyulmasına da münasibət bildirdi: “Vəkillərin öz işini itirməsi hansı səbəbdən baş verir? Nahaq yerdən həbs etmisiz, heç olmasa qanunun digər müddaəlarına hörmət edib məhkum edilən insanları müdafiə etməyə şəarait yaradın. Bu gün xalqının mənəvi haqqlarını düşünən, alınan torpaqlarının azadlığını istəyən, bu haqlar uğrunda ailəsindən, övladlarından məhrum olunan insanlara qatı cinayətkarlardan daha ağır cəzalar kəsilir”.
Tədbirdə inancı məhbusların ailə üzvləri də iştirak edib. Rufulla və Məhəmmədəli Axundzadə ailəsinin xanım üzvü ailəsinin həbs edilən zaman üzləşdiyi haqsızlıqlardan danışıb. Ailə üzvü olaraq bütün bu çətinlikləri ilahi sınaq kimi qiymətləndirərək cəmiyyətdə birlik və vəhdət vacib şərt olaraq gördüyünü bildirib.
Tədbir dəyirmi masada iştirak edən şəxslərin mövzü ətrafında çıxışları ilə davam etdirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button