ArxivIslamXəbər lentiXəbərlər

İmam Rzanın (ə) şəhadəti münasibəti ilə Əhli-Beyt (ə) Cəmiyyətinin bəyanəti

Ahlibeyt.ge xəbər verir ki, bu gün müsəlmanların 8-cü İmamı İmam Rzanın (ə) şəhid edilən günüdür. Bu münasibəti ilə “Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti” və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən “Əhli-Beyt (ə) Aşiqləri Forumu” və “Zeynəb (s.ə) Qadınlar Birliyi” başda İmam Zaman (ə.f) olmaqla Əhli-Beyt (ə) davamçılarına təsiliyyət ərz edir. 

Hicri-qəməri tarixi ilə səfər ayının 30-na təsadüf edir. Hicri tarixinin 203-ci il səfər ayının 30-da müsəlmanların 8-ci imamı Abbasi xəlifəsi Məmun tərəfindən Xorasanda zəhərləndirilib və şəhadətə qovuşub. Bu zaman imamın 55 yaşı olub.

İmam Rza (ə) hicri qəməri tarixi ilə 148-ci il Zilqədə ayının 11-də Mədinə şəhərində imam Museyi Kazımın (ə) ailəsində dünyaya göz açıb. Bu körpənin adını Əli, ləqəbini isə Rza qoyublar. İmamın anası Nəcmiyyə iman və üstün ağıl baxımından zəmanəsinin ən görkəmli qadınlarından biri sayılırdı. Atası Harunun zindanında şəhid olduqdan sonra, imam Rza (ə) müsəlmanlara imamlıq edib. 

İmamın məzarı Məşhəd şəhərindədir. Şəhərin belə adlanması da imamın şəhid olması ilə bağlıdır. Hər il imamı ziyarət etmək üçün bu şəhərdəki ziyarətgaha 20 milyon insan gedir.

Şeyx Səduq öz “Uyunul-əxbar” və “Əmali” kitablarında Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir ki, həzrət buyurmuşdur:

“Tezliklə mənim bədənimin bir parası (övladlarımdan biri) Xorasan torpağında dəfn olacaq. Onu ziyarət edən hər bir möminə Allah cənnəti vacib edər, bədənini isə cəhənnəm oduna haram edər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button