AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Nəcəfdə Qarabağ şəhidlərinə diqqət etməklə “İslam Dünyası Şəhidləri” konfransı keçirilib-Foto

25 oktyabrda Nəcəf-əşrəf şəhərinin Surətul-işrin meydanında Qarabağ şəhidlərinə diqqət etməklə “İslam Dünyası Şəhidləri” adlı konfrans keçirilib. Konfransa müxtəlif ölkələrdən Ərbəin piyada yürüşündə iştirak edən zəvvarlar qatılıb.

Qafqaz Mədəniyyət Mərkəzi – İslam Dünyası Şəhidlərinin Anılması Komitəsinin katibi Miqdad Həsəni konfrasla bağlı məlumat verərək deyib: “Ərbəin piyada yürüşü ilahi möhtəşəm bir hərəkətdir. Bu hərəkət axirəz-zaman və İmam Zamanın (əc) zühuru çərçivələrində baş tutur.”

Miqdad Həsəni əlavə edib: “İslam dünyasının problemlərinin həlli üçün Aşura mədəniyyətindən faydalanmaq çox zəruridir.

Bu istiqamətdə baş tutan konfransda Qarabağ müqavimətinin islami olmasına təkid olundu və konfransda iştirak edən bütün ölkələrin nümayəndələri Qarabağ mövzusunu İslam dünyasının dərdi adlandıraraq, onun həllinin təkcə İslam potensialları çərçivəsində olduğunu bildirdilər.

Konfransın sonunda belə qərara alındı ki, hər il Ərbəin hərəkəti üçün İslam dünyasının bir şəhidi tanıdılsın. Azərbaycan Respublikasının şəhidi Allahverdi Bağırov ilk şəhid olaraq konfrans iştirakçılarına tanıdıldı.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button