ArxivIslamXəbər lentiXəbərlər

Ərbəin yürüşündə iştirak edəcək Azərbaycanlı zəvvarlar Kərbəlaya gedən yolda

Ərbəin mərasimində iştirak etmək istəyən Azərbaycan vətəndaşlarının Kərbəlaya doğru səfəri davam edir.

İRİB-nin verdiyi məlumata görə, Ərbəin zəvvarlarının Kərbəlaya doğru səfəri artıq neçə gündür ki, başlanıb və hər gecə bir qrup zəvvar Bakıdan Kərbəlaya doğru yola düşür.

Ötən illər ilə müqayisədə bu il Azərbaycandan Ərbəin yürüşündə iştirak etmək üçün Kərbəlaya səfər edən zəvvarların sayında artım müşahidə olunmaqdadır.

Ərbəin karvanlarından birinin başçısı Nuralin Darafərinin dediyinə görə, ötən üç ildə azərbaycanlı zəvvarların sayı xeyli artıb və bu il 18 min Azərbaycan vətəndaşı Kərbəlaya doğru yola çıxıb.

Ərbəin zəvvarlarının yola salınması mərasimi yaxınlarının iştirakı ilə mənəvi atmosferdə keçirilir.

Hüseyn aşiqləri Nəcəfə çatmaq və oradan piyada olaraq Kərbəlaya doğru yola çıxmaq üçün səbirsizdirlər.

Azərbaycanlı zəvvarlar quru sərhədi vasitəsi ilə İrana daxil olduqdan sonra Şələmçə sərhəd keçid məntəqəsinə doğru hərəkət edir və oradan İraqa daxil olaraq Ərbəin zəvvarlarının böyük yürüşünə qoşulurlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button