ArxivXəbər lentiXəbərlər

`Fatimeyi Zəhra` məscidini təmirə görə hasara aldılar – FOTO

Tikintisi yarımçıq qalmış “Fatimeyi Zəhra” məscidi Prezident İlham Əliyevin təşəbbüsü ilə yenidən inşa olunur. Podratçı şirkət artıq ərazidə ilkin işlərə başlayıb. Bu barədə Modern.az saytı məlumat yayıb.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin (QİM) sədri Şeyxülislam Allahşükür Paşazadə bu ilin sentyabr ayında məscidin ölkə başçısının şəxsi hesabına tikiləcəyi anonsunu vermişdi:

“Prezident İlham Əliyev Fatimeyi Zəhra məscidini şəxsi vəsaiti hesabına tikdirmək istəyir. Məhərrəm ayından sonra prosesə başlanılacaq”.

Gedişat göstərir ki, artıq tikinti işləri üçün hazırlıqlara start verilib.

Xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyəti  hələ 21 avqust 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində “Fatimeyi Zəhra” məscidi dindarlarının dini icmasına 1,3 ha torpaq sahəsi ayrılaraq məscid-mədrəsə komleksinin tikintisinə icazə verilib. Həmin ərazi məscidin daimi istifadəsinə verildiyindən hasara alınıb və məscid inşa edilib, lakin onun tam olaraq tikintisinə imkan verilməyib.

Bakı şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısı Hacıbala Abutalıbovun 31 oktyabr 2002-ci il tarixli sərəncamı ilə əvvəlki – 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncam etibarsız hesab edilib.

Bundan sonra məscidi qeyri-legitim hesab edən Suraxanı rayon İcra Hakimiyyəti məscidə qarşı dava açaraq, məhkəmədən torpağın qaytarılmasını, məscidin sökülməsini istəyib. Dini icma isə qarşılıqlı iddia qaldıraraq, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 31 oktyabr 2002-ci il tarixli sərəncamının ləğv edilməsini və qanunazidd hərəkətlərin dayandırılmasını xahiş edib. Cəmiyyətin bütün təbəqələrinin sərt təpkisinə baxmayaraq, 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə torpaq sahəsinin geri alınaraq məscidin sökülməsinə qərar verib.

Yalnız inanclıların etirazlarından sonra İlham Əliyevin müdaxiləsi nəticəsində bu qanunsuzluqlara son qoyulub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button