ArxivXəbər lentiXəbərlər

Azərbaycanlı turistlər İrana səfər rekordunu təzələdilər

Azərbaycanlı turistlər İrana səfər rekordunu təzələyiblər. Belə ki, cari ilin ilk 9 ayında İrana səfər edən Azərbaycanlı turistlərin sayı 1 milyon 68 min nəfərə çatıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 53.2% daha çoxdur.

Azərbaycan Respublikası Dövlət Statistika Mərkəzinin bildirdiyinə görə, cari ilin ilk 9 ayında 1 milyon 68 min Azərbaycan vətəndaşı İrana səfər edib. Halbuki, bu müddət ərzində Azərbaycana səfər edən İranlıların sayında 32.7%-lik azalma müşahidə olunub. 

Analitiklər İrana səfər edən Azərbaycan vətəndaşlarının sayındakı artımın İranın milli valyutasının digər valyutalar qarşısında dəyər itirməsi və Azərbaycanın milli valyutası olan manatın alıcılıq qüdrətinin artması ilə əlaqələndirirlər. 

Həmçinin, Azərbaycana səfər edən İran vətəndaşlarının sayındakı azalma da İran pulunun xarici valyutalar qarşısında dəyər itirməsi və İran riyalının alıcılıq gücnün azalmasına qayıdır. 

İran ötən illər ərzində daim Azərbaycanlı turistlərin maraq dairəsində olub və əsasən, ziyarət, səhiyyə və ticarət turizminə üstünlük verirlər. Habelə, quru yolu ilə Naxçıvana getmək istəyən azərbaycanlılar da İran ərazisindən keçməli olurlar. Beləliklə İran, Gürcüstandan sonra, Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi qonşu ölkədir. Cari ldə İranın milli valyutasının xarici valyutlar qarşısında dəyər itirməsi və digər ölkələrin milli valyutalarının alıcılıq gücünün artması İrana səfər edən xarici turistlərin sayında artıma səbəb olub. Xüsusilə sərhəd sakinləri İrana gələrək, öz ehtiyaclarını İrandan təmin etməyə çalışırlar. 

Azərbaycan vətəndaşlarının İrana daha çox səfər etməsinə səbəb olan amillərdən biri də İranın birtərəfli qaydada Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etməsidir. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button