ArxivXəbər lentiXəbərlər

Millət vəkili Azərbaycandan İran əleyhinə istifadəyə qarşı çıxdı

Azərbaycan Respublikası Milli Məclisinin üzvü ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin Rusiya və Qafqaz məntəqəsinə olan səfərinə işarə edərək, deyib: Bakı heç bir vəchlə Vaşinqton başçılarının Azərbaycandan İran əleyhinə istifadə etməsinə icazəsi verməyəcək.

İRNA-nın məlumatına görə, millət vəkili Rasim Musabəyov deyib: ABŞ rəsmilərinin regiona olan səfəri Rusiya və İran ilə əlaqədardır. Səfərin məqsədi isə Azərbaycan, Ermənistan və Gürcüstan başçılarına mesajların çatdırılmasıdır.

Azərbaycan Respublikası Milli Məclisinin üzvü daha sonra deyib: ABŞ-ın sanksiyaları iki ölkənin maliyyə və ticarət əlaqələrində məhdudiyyətlərin yaranmasına səbəb olacaq. Buna görə də Tehran və Bakı aralarındakı maliyyə əlaqələrini milli valyuta ilə həyata keçirməyə çalışacaqlar.

Rasim Musabəyov həmçinin, Azərbaycan və İranın regionun nəqliyyat və tranzit potensialları sahəsində də əməkdaşlığa malik olduqlarını bildirib və deyib: Azərbaycan Respublikası bu iqtisadi layihənin icrasında maraqlıdır və ABŞ-ın təzyiqləri Bakını bu fikirdən döndərə bilməz.

Azərbaycan Respublikası Milli Məclisiin üzvü əlavə edib: Qonşu ölkələr xüsusilə də İran ilə əlaqələri kəsmək Bakı üçün zərərlidir.

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton şənbə günü Azərbaycan, Gürcüstan və Ermənistana səfər etmək istəyir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button