AktualAktualArxivXəbər lentiXəbərlər

Qarabağ Uğrunda İslam Müqavimət Hərəkatının sədri: Qarabağın işğalı İslam aləmini narahat edir

Qarabağ Uğrunda İslam Müqavimət Hərəkatının sədri “Terror və işğalla mübarizə” beynəlxalq konfransında deyib: “Ermənistan Qarabağı işğal etməklə Azərbaycan xalqının haqqına və İslam torpaqlarına təcavüz etmişdir. Bu cinayət, Yəmən, Fələstin, Suriya, İraq və digər ölkələrdə baş verən cinayətlər kimi pislənilir.”

Qafqaz Mədəniyyət Mərkəzi – Ərdəbildə baş tutan “Terror və işğalla mübarizə” beynəlxalq konfransında çıxış edən Qarabağ Uğrunda İslam Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli deyib: “Ruhani və alimlərdən istəyim budur ki, müsəlman ümməti arasındakı çıxışlarında region ölkələrində baş verən terror və işğalçılıqdan söz açdıqda Qarabağı da unutmasınlar və çıxışlarında Qarabağ məsələsinə də toxunsunlar.”

Rövşən Əhmədli əlavə edib: “Şübhəsiz, bir gün gələcək ki, müsəlmanların birliyi ilə region ölkələrindəki bu işğalçılıqlara son qoyulacaq, müsəlman xalqı Allah və İslamın düşmənlərinin təcavüz və işğalından nicat tapacaq.”

Qarabağ Uğrunda İslam Müqavimət Hərəkatının sədri vurğulayıb: “İsrailin Fələstin və Qüdsə təcavüzü İslam torpağına təcavüz olduğu və onu pislədiyimiz kimi ermənilərin Qarabağa təcavüzü də eynilə həmin mövzudur. Qarabağın azadlığı uğrunda ömrümüz boyu təlaş edəcəyik. Xoşbəxtlikdən, İran İslam Respublikası dost və qardaş bir ölkə olaraq Azərbaycan Respublikasının yanındadır.”

Qarabağ fəalı daha sonra deyib: “Ərdəbil əyaləti də öz növbəsində Azərbaycan Respublikasının dostu, köməkçisi olmuş, ona ürək yandırmışdır və biz həmişə Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amilinin bununla bağlı tövsiyələrindən faydalanmışıq. O, sözün həqiqi mənasında Qarabağ və İslam dünyasına ürək yandırır. Bu məsələyə diqqət etməklə, Qarabağın işğalı İslam dünyasının narahatlığından biridir.”

Rövşən Əhmədli çıxışının digər hissəsində deyib: “Bəzi vaxtlar dövlətlər arasında ixtilaflar yaranır, amma bu ixtilaflar iki ölkənin xalqı və müsəlmanlar arasında ixtilafa çevrilmir. Biz bəzi təxribatçıların İran və Azərbaycan xalqı arasında uzaqlıq yaratmasına imkan verməyəcəyik. Çünki bu ölkələrin xalqları bir-birləri ilə dost və din qardaşlarıdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button