AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycan nümayəndə heyətinin rəhbəri Ərdəbildə: Ermənistanın Qarabağı işğal etməsi terror hadisəsidir

Ərdəbildə Qarabağ mövzusunda keçirilən “Terror və işğala qarşı mübarizə” beynəlxalq konfransında iştirak edən Azərbaycan Respublikası nümayəndə heyətinin rəhbəri deyib: “Bu günləri terror və işğal bütün dünya və bəşəriyyət üçün bir narahatlığa çevrilmişdir. Biz Qarabağın işğalı ilə bağlı keçirilən bu beynəlxalq konfransda İslam dünyasının bu parçasının işğaldan azad olunması üçün fikir mübadiləsi aparırıq.”

Qafqaz Mədəniyyət Mərkəzi – Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib: “Qarabağ, uzun illərdir ki, Ermənistan tərəfindən işğal edilmişdir. İslam dünyasının bu ərazisinin azad olunması istiqamətində düşünmək və fikir mübadiləsi aparmalıyıq. Ermənistanın Qarabağda işğalçılıq hərəkəti sözün əsl mənasında Azərbaycan Respublikasına qarşı bir terror hadisəsidir.”

QAT sədri əlavə edib: “Ermənistan Qarabağı işğal etməklə Azərbaycan Respublikasına qarşı terror hərəkətinə yol verdi və biz bu günləri, bu konfrasda dünyanın hər yerində, o cümlədən Suriya, Yəmən, Fələstin, İraq və digər ölkələrdə baş verən işğalçılıqları pisləyirik. Qarabağ da terror hadisəsinin qubanı olmuş İslam məntəqələrindən biridir.”

Azərbaycan heyətinin sədri vurğulayıb: “Dünya imperializmi və onların muzdurları vasitəsilə İslam aləmində baş verən bütün terror hadisələrinin səbəbi terror və təkfirçi qruplar yaratmaqla dünyada İslamın simasını ləkələməkdir. Halbuki, İslam vəhdət, sevgi və mehribanlıq dinidir. İslam kamil və allahçılıq dinidir, heç vaxt məhv olmayacaq. Fələstin və Qarabağ İslamın bir parçasıdır, sonda azad olacaq və müsəlmanlar qalib gələcək.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button