ArxivXəbər lentiXəbərlər

Erməni xeyriyyəçi Qubadlıda xurma, Cəbrayılda və Zəngilanda isə nar bağları salıb – FOTOLAR

Düşmən torpaqlarımızdan bolluca məhsul götürüb yeyir, bizlər də gözümüzü hələ qupquru “Məhsul”a dikmişik…
Ermənilər Qubadlının “Van” adlandırılmış kəndlərindən birində  5 hektar sahədə yapon xurması, Cəbrayılın “Araçamux” adlandırılmış Ağtəpə kəndində  5 hektar və Zəngilanın “Yeritsvank” adlandırılmış Əlibəyli kəndində isə 7 hektar sahədə nar bağı salıb.
Bu haqda həmin işlərə maliyyə dəstəyi  verən “Tufenkyan” xeyriyyə fondunun Qarabağ filialının rəhbəri Edik Qriqoryan məlumat verib.
Onun sözlərinə görə, Qubadlının “Van” kəndində bu ilin yazında 2500 ədəd xurma ağacı əkilib. E.Qriqoryan bildirib ki, bu il Cəbrayılın kəndindəki bağdan  15-20 ton nar götürməyi planlaşdırırlar.
P.S. Düşmənlərimiz torpaqlarımızdan 30 ilə yaxındır bolluca məhsul götürüb yeyir, bizlər də hələ gözümüzü dikmişik qupquru “Məhsul” stadionuna…/moderator/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button