ArxivXəbər lentiXəbərlər

Bakıda qatar avtobusla toqquşub: Ölən və onlarla yaralanan var – FOTO-VİDEO

Binə qəsəbəsində qatar 160 saylı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə toqquşub.

Toqquşma nəticəsində, ümumilikdə, 34 nəfər xəsarət alıb. Onlardan 10-u kişi, 7-si qadın, 3-ü uşaqdır.

Yaralılardan 2-si Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 3-ü 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib. 22 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, yaralılardan biri 13 yaşlı məktəbli xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.

Nazirlik rəsmisi əlavə edib ki, hadisə yerinə 10 həkim briqadası göndərilib.






Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button