ArxivIslamXəbər lentiXəbərlər

Təbriz Universitetinin müəllimi “Qafqaz və Anadoluda Aşura mərasimlərinə baxış” konfransında dedi: Azərbaycan Respublikasında həbsdə olan dindarlar özlərinin ən adi hüquqlarından da məhrumdurlar.

Təbriz Universitetinin müəllimi işğal altında olan Qarabağın azadlığını dindar gənc nəsilin yetişdirilməsi nəticəsində olacağını bildirdi.

 Qafqaz mədəniyyət mərkəzi-un verdiyi məlumata əsasən, “Qafqaz və Anadoluda dini (məhərrəm) ayinlərin dəyişiklik proseslərinin araşdırılması” konfransında çıxış edən Doktor Məhəmməd Əli Mütəfəkkir Azad bunları deyərək əlavə etdi: Azərbaycan xalqı qədimdən şiə və Əhli-beyt (ə) sevən olmuşlar. Ötən illərdə də dini ayinlərin bərpası yolunda məhdudiyyətlər tətbiq olunmasına baxmayaraq, bu İslam torpağında şiəlik ruhunu canlı saxlamaq üçün son səylə çalışmışlar.
O əlavə etdi: Komunist SSRİ rejiminin dağıldığı ilk illərdə İslamın Təbliği Təşkilatının Bakıdakı ofisinin qarşısında Qurani-Kərim almaq üçün çox uzun sıra növbəsi yarandığı yadımdadır. Bu mənim üçün bu ölkədə 70 il kommunizm ideyasına rəvac verilməsindən sonra dindarlıq ruhunun varlığının bir əlaməti idi.
Təbriz Universitetinin professoru öz sözlərində iqtidarın Əhli-beyt (ə) sevən xalqa sahib olmaqda olduğunu bildirərək dedi: “Azərbaycan Respublikası yalnız dindar cavanlara arxalanaraq özünün işğal altında olan torpaqlarını geri qaytara bilər, başqa yol ilə yox”.
Doktor Mütəfəkkir Azad öz söhbətinin sonunda, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İsrailin xarici işlər naziri Aviqdor Libermanın Bakıya son səfərindən sonra din əleyhinə bəyənatını bu ölkə hakimiyyətinin xalqın dini hisslərinə diqqətsizliyinin bir göstəricisi kimi dəyərləndirərək dedi: Təəssüflər olsun ki, aldığımız xəbərlərə əsasən, bu respublikanın həbsxanalarında şərləndikləri cinayətlərlə cəza çəkən dindarlar, bir məhbusun ən zəruri hüquqlarından da məhrumdurlar. Bu şəxslərə uzun müddətli həbs cəzalarının verilməsi, bizim narahatlığımıza səbəb olur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button