ArxivIslamXəbər lentiXəbərlər

Zəncanda Əhli-Beyt (ə) aşiqlərinin “Youmul-Abbas” günündə əzəmətli toplantısı (FOTO/VİDEO)

Hər il məhərrəm ayının 8-ci günü Tasua axşamı  dünyanın müxtəlif yerlərində İmam Hüseyn (ə) aşiqləri İranın Zəncan şəhərinə axışır.
Maide.Az  İran televiziyasının rəsmi xəbər saytına istinadən xəbər verir ki, Zəncanda Tasua gecəsi əhalinin geniş iştirakı ilə əzəmətli əzadarlıq mərasimi keçirilib.
  “Youmul-Abbas” (Abbas günü) günü kimi məşhur olan məhərrəm ayının 8-ci günü mərasimində yüz minlərlə insan Zəncanın Əzəm Hüseyniyyəsi (ə) qarşısında toplaşır və əzadarlıq məclisi keçirirlər. 
Əzadarlıqda xarici ölkə vətəndaşları da geniş iştirak edir. Ötən gündə günortadan sonra bu əzəmətli mərasim təşkil olunub.
Bu ilki toplantının şüarı Əhli-beyt (ə) şairi ustad Kəlami tərəfindən hazırlanıb: 
“Can ola qurban şərəfe daimə,
Müntəzirane fərəce Qaimə 
Aləm bu şur o  ehsasə qurban 
Yarane Mehdi, Abbasə qurban”
Qeyd edək ki, mərasimdə İranın bir sıra yüksək vəzifəli şəxsləri iştirak edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button